Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV CƏBHƏSİNDƏ SÜKUTU KİM POZACAQ?

RAMİZ MEHDİYEV CƏBHƏSİNDƏ SÜKUTU KİM POZACAQ?


22-01-2013, 09:14
RAMİZ MEHDİYEV CƏBHƏSİNDƏ SÜKUTU KİM POZACAQ?
MÖVQELƏRİNİ GERİ ALMIŞ KİMİ GÖRÜNƏN PA ŞEFİNƏ QARŞI YENİ PLAN

DİA.AZ: - Qarşıdan prezident seçkilərinin gəlməsi hakimiyyətdaxili qruplaşmalar arasındakı münasibətlərin daha da gərilməsilə müşaiyət olunmaqdadır. Artıq neçə müddətdir ki, məlum gərginliyin təzahürlərini qabarıq şəkildə hiss edirik. Həm fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı yaranmış qalmaqal, həm əsgər ölümü faktının qabardılması nəticəsində qurulan oyunlar, «Binə»də baş verən hadisələr və digər bu kimi məqamlar artıq cəmiyyətin də çox ciddi proseslərə cəlşb edilməsinin göstəricisi kimi qəbul edilməlidir. Yəni vəziyyət o həddə çatıb ki, artıq iqtidar içində münasibətlərini çözən qruplar bu işdə cəmiyyətin də iştirakından yararlanmağa çalışırlar. Belə bir prosesin isə uzun müddətə nəzarətdə saxlanılmasının imkansız olduğu, yekunda xaotik bir mənzərəni yetişdirə biləcəyi isə ən primitiv politoloji biliklər hesabına da təxmin edilə bilər.

Bununla əlaqədar DİA.AZ-a məlumat verən hökumət içindəki qaynağın sözlərindən belə aydın olur ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində əsas hədəf kimi diqqətə gələn hakimiyyətin əsas güc mərkəzlərindən hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun çevrəsi ciddi şəkildə müdafiə olunmaqdadır: «Bu gün həmin qruplaşma prezidentlə ən sıx təmasda olan şəbəkədir. Və prezidentə davamlı olaraq öz baxış açılarından məlumatlar çatdırır, onda öz maraqlarına uyğun təəssüratlar oyatmağa çalışırlar».

Eyni zamanda mehdiyevçi qanadın fəal şəkildə özlərinə zərurətin hələ də qaldığını sübuta yetirən bir sıra prosesləri süni şəkildə həyata keçirdiyini də iddia edən mənbəmiz əlavə etdi ki, əvvəlki dönəmlərlə müqayisədə Ramiz Mehdiyev mövqelərini geri almış kimi görünür: «Vəziyyəti kifayət qədər dəyişməyə müvəffəq olmuş PA rəhbərinə bu işdə əsas dəstəyi Rusiya verib. Digər tərəfdən də «milyarderlər ittifaqı»nın, Rüstəm İbrahəimbəyov kimilərinin basqıları hesabına Kreml rəsmi Bakını «yetimin papağını başından götürüb, təkrar özünə qaytarmaq» tərzilə «sevindirdiyindən» YAP iqtidarı yenidən Ramiz Mehdiyevin hökmü altına keçmə yönündə kurs götürüb».

Amma bu situasiyanın rəqib cinah tərəfindən asanlıqla və sükutla həzm edilməyəcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, PA şefini çox ciddi faktlar və dəlillər hesabına olsa belə, may ayına qədər zərərsizləşdirməyi qəsd edən məlum qüvvələr bu məqsədlə yeni plan da hazırlayıblar: «Gələn həftədən etibarən ölkədə böyük səs-küy yaradacaq faktların ictimailəşməsi gözlənilir. Bu dəfə təkcə Elşad Abdullayevin «serialları» rol oynamayacaq. Çoxdan vəd olunan bəzi videofaktlar da açıqlanacaq».

Geri qayıt