Əsas Səhifə > Cəmiyyət, Manşet > MƏDƏT QULİYEV ÖZ İŞÇİSİNİ NECƏ DƏYİŞƏ BİLİB?

MƏDƏT QULİYEV ÖZ İŞÇİSİNİ NECƏ DƏYİŞƏ BİLİB?


21-01-2013, 13:26
MƏDƏT QULİYEV ÖZ İŞÇİSİNİ NECƏ DƏYİŞƏ BİLİB?
BUNUN ÜÇÜN BİR İL VAXT LAZIM OLDU

DİA.AZ: - Məlum olduğu kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. Verilən məlumata görə, xidmətin rəisi Mədət Quliyevin əmri ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi Azər Seyidov təcridxanaya rəis təyin olunub.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi E. Sadıqov bir neçə gün əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib.

DİA.AZ-a bu təyinatlarla bağlı ilginc məlumatlar daxil olub. Ədliyyə nazirliyindəki bilgili qaynağın verdiyi xəbərə görə, əslində Mədət Quliyev uzun müddət imiş ki, barəsində xeyli sayda şikayətlər olan Elxan Sadıqovu vəzifəsindən azad etməyə çalışırmış: «Lakin nazirliyin bəzi səlahiyyətli şəxsləri Mədət Quliyevə mane olurmuşlar və hətta penitensiar xidmət rəhbərliyinin ortaya qoyducu ciddi dəlillər, Elxan Sadıqovun qara əməllərini sübuta yetirən faktlar belə yetərli olmayıb».

Mənbəmizin sözlərinə görə, «yuxarıların» bu şəkildə himayəsinə rəğmən Mədət Quliyev səbr etməli olub, amma yenə də fikrindən daşınmayıb: «İlin təzələnməyi penitensiar xidmətin rəisinin işinə yarayıb. Və artıq yaş senzi imkan verib ki, nəzərdə tutulan kadr islahatı baş tutsun».

Geri qayıt