Əsas Səhifə > Cəmiyyət, Manşet > SƏLİM MÜSLÜMOV ZƏRDABLILARI NİYƏ ƏSƏBİLƏŞDİRİB

SƏLİM MÜSLÜMOV ZƏRDABLILARI NİYƏ ƏSƏBİLƏŞDİRİB


21-01-2013, 12:25
SƏLİM MÜSLÜMOV ZƏRDABLILARI NİYƏ ƏSƏBİLƏŞDİRİB
DSMF-DƏKİ SON TƏYİNAT QƏZƏB YARATDI

DİA.AZ: - Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun son təyinatlarından biri Zərdab rayonunda böyük narazılıq yaradıb. Bu barədə DİA.AZ-a bir qrup rayon sakini adından ünvanlanan şikayət bəktubunda bildirilir.

Redaksiyamıza daxil olan məktubda deyilir: “Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri vəzifəsi 5-6 aydir ki, boş idi. Həmin vəzifəyə Respublika DSMF-nin sədri Səlim Müslümov Kürdəmir rayonundan Teymur adli bir şəxsi müdir əvəzi göndərmişdi.

Zərdabda həm rayon rəhbərliyi həm də əhali buna etiraz edirdilər və Teymur vəziyyətin cidiliyini başa düşüb Səlim Müslümova onu bu vəzifədən azad etməyi xahiş edir. Səlim Müslümov tərsliyə düşüb ora başqa bir kürdəmirlini göndərib.

Bu DSMF Kürdəmir rayonunun şöbə müdiri işləyərkən 35 min manat bülleten pullarını mənimsədiyinə görə bir həftə bundan əvvəl DSMF-nin kollegiya iclasında Şöbənin baş mühasibi ilə Səlim Müslümov tərəfindən isdən azad edilmiş şəxsdir. O, Kürdəmirin kecmiş icra başçısının oğludur. Necə deyələr Səlim Müslümov həmin adamın işini korupsiyaya göndərmək əvəzinə Zərdab pensiya idarəsini dağıtmağa göndərir. Səlim Zərdablını nə sayır?”

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt