Əsas Səhifə > Gündəm, Manşet > AYDIN ƏLİYEVİN QOHUMU GÖMRÜKDƏ QOÇULUQ EDİR

AYDIN ƏLİYEVİN QOHUMU GÖMRÜKDƏ QOÇULUQ EDİR


21-01-2013, 09:36
AYDIN ƏLİYEVİN QOHUMU GÖMRÜKDƏ QOÇULUQ EDİR
“SINIQ KÖRPÜ”DƏ VƏTƏNDAŞLARI SINDIRANLARI BİR DURDURAN OLACAQMI?

DİA.AZ: - Bir müddət bundan öncə “Sınıq Körpü” gömrük keçid məntəqəsində insident baş verib. DİA.AZ-ın bildirdiyinə görə, bu barədə hadisə şahidləri 7gun.az-a məlumat veriblər. Məlumata görə, Sabir adlı növbə rəisi vətəndaşı haqsız olaraq saxlayıb. Onun ölkəyə gətirmək istədiyi ərzaq məhsulları əlindən alıb. Sonra aralarında söz-söhbət yaranıb. Növbə rəisi vətəndaşı insanların gözü qarşısında döyüb və təhqir edib.

Məlumat verən mənbə iddia edir ki, Sabir adlı növbə rəisi Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyevin yaxın qohumu olduğunu dilə gətirərək heç nədən çəkinmədiyini bildirib.

Bundan başqa mənbə bildirir ki, “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində Rəşad və Sabir adlı növbə rəislərinin iş günlərində bu cür hadisələr çox baş verir. Bir müddət bundan öncə də Qazax rayon sakini, şair Bəxtiyar Hidayət məhs Sabirin növbədə olduğu gün döyülüb.

Vətəndaşlar bildirirlər ki, burada dəfələrlə baş verən hadisələrlə bağlı yuxarı dairələrə məlumat verilməsinə baxmayaraq heç bir tadbir görülmür. Görünür Komitə sədri öz qohumunun işlədiyi yerdə baş verən qanunsuzluqlara bilərəkdən göz yumur.

Son günlər buarada baş verən qanunsuzluqlar və vətəndaşların kobdu şəkildə incidilməsi ciddi narazılıqlar yaradıb. Mənbə bildirir ki, artıq burada baş verən qanunsuzluqlar barədə Dövlət Gömrük İdarəsinin rəisi Aydın Əliyevin də məlumatı var. Ancaq indiyə qədər baş verənlər gözardı edilərək heç bir tədbir görülməyib. Bu da keçid məntəqəsində qanunsuzluqları daha da kəskinləşməsinə şərait yaradıb.

Qeyd edək ki, “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsi ilə bağlı hazırda geniş araşdırma aparırıq. Yaxın günlərdə həmin araşdırmanı təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt