Əsas Səhifə > Hadisə > YOL QƏZASINDA DAHA BİR QURBAN

YOL QƏZASINDA DAHA BİR QURBAN


21-01-2013, 08:59
YOL QƏZASINDA DAHA BİR QURBAN
ZAQATALADA AĞIR YOL QƏZASI BAŞ VERİB

Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bazar günü saat 21.25-də Zaqatala rayonun İkinci Tala kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Qəzaya səbəb rayonun İti Tala kənd sakini Məmmədov Rəşad Yaşar oğlunun idarə etdiyi 10 CC 460 dövlət nömrə nişanlı VAZ 2109 markalı avtomobilin yük maşını ilə toqquşmasıdır. Nəticədə Rəşad Məmmədov qəza yerindəcə həlak olub.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma başladılıb, istintaq davam edir.

Geri qayıt