Əsas Səhifə > Güney Press / Manşet > VİDADİ İSAYEVDƏN BAKIDA HESABAT İSTƏYƏCƏKLƏR
VİDADİ İSAYEVDƏN BAKIDA HESABAT İSTƏYƏCƏKLƏR19-01-2013, 17:09 |
![]() DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bərdənin icra başçısı Vidadi İsayev Ramiz Mehdiyevin adamı kimi özünü təhlükə altında hiss etdiyindən artıq yır-yığış tədarükündədir. Hətta keçən həftə Dubaya səfər edən icra başçısının özü ilə bərabər yüklü miqdarda pul və qızıl-zinət əşyalarını apardığı da gələn xəbərlər içində idi. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq baş verənlər В«yuxarılarınВ» da diqqətini cəlb edib və В«kapitulyasiyaВ» şəraitində olan icra başçısını hesabat verməsi üçün gələn həftəyə Bakıya çağırıblar. Xatırladaq ki, bir zamanlar prezidentin şəxsi mühafizə idarəsinin rəisi Bəylər Əyyubovun В«krışalığıВ» altında karyerasını yüksəldən Vidadi İsayev generalla təmasının Zaman adlı sahibkar (bu adam Bəylər Əyyubova məxsus В«Ay işığıВ» restoranlar şəbəkəsini və daha bir neçə iaşə obyektini çalışdırır -red.) tərəfindən həyata keçirilməsinə etiraz edərək Ramiz Mehdiyevə şikayətlənmişdi ki, bundan sonra da ona Prezident Administrasiyasının rəhbəri sahiblənmişdi. İndi isə Mehdiyevin mövqelərinin zəifləməsi nədənindən Bəylər Əyyubov da onun çətiri altından çıxan Vidadi İsayevi cəzalandırmağı qəsd edib və onun adını В«vurulacaqlarВ» siyahısında ilk yerlərdən birinə daxil edib. Bu aqibətini önləməyə çalışan icra başçısı isə neçə gündür ki, В«kapitulyasiyaВ» ilə məşğuldur. Məlumatı verən mənbənin DİA.AZ-a bildirdiklərində o da qeyd olunur ki, Vidadi İsayev Bakıya hesabat verməyə çağrılır: В«Hər halda, bu hakimiyyət kimlərə nə qədər pul qazandırmağın yollarını yaxşı bildiyi kimi, həmin pulları sonradan geri qaytarmağın da yollarına yaxşı bələddir. Odur ki, Vidadi İsayevin bu şəkildə tədarük içində olmasının hesabı sərt cəzalarla müşaiyət oluna bilərВ». Geri qayıt |