Əsas Səhifə > Güney Press / Manşet > В«BİNƏВ»DƏ BAŞ VERƏNLƏR KİMİN MARAĞINDADIR?
В«BİNƏВ»DƏ BAŞ VERƏNLƏR KİMİN MARAĞINDADIR?19-01-2013, 14:26 |
![]() DİA.AZ: - Bu gün В«BinəВ» ticarət mərkəzində çalışan sahibkarlar etiraz aksiyası keçirdilər. Mərkəzin sahibəsi Kəbirə Məmmədova tərəfindən əlavə önədişlərin tətbiq edilməsi В«BinəВ»dəki iş adamları çilədən çıxartdığından onlar bu yolla narazılıqlarını ifadə etdilər. Amma nə yazıq ki, haqqlarını tələb edənlərə qarşı qeyri-adekvat güc tətbiq olundu və onları etirazları polisin gücü ilə yatırıldı. Və kimsə - cavabdeh olanlardan bir kimsə sahibkarların qarşısına çıxmadı, onların tələblərini dinləmədi. Əksinə, bu gün hüquq-mühafizə orqanları etirazçı sahibkarları həbslə təhdid etməyə başlayıb ki, bu da narazılıq alovunun miqyasının indidən genişlənəcəyi anlamına gəlməkdədir. Amma bu arada DİA.AZ-a sahibkarların aksiyası ilə bağlı ilginc faktlar da daxil olub. Məsələn, bəzi mənbələr iddia edir ki, В«BinəВ»də baş verənlər əslində qabaqcadan planlaşdırılıb və burada kənar güclər maraqlı olublar. Onu da xatırladaq ki, neçə gün idi ki, həm В«BinəВ»də və həm də В«SədərəkВ» Ticarət mərkəzində sahibkarların etiraz edəcəyi haqda xəbərlər yayılmaqda idi. Bu barədə danışan mənbənin söylədikləri: В«Hər iki ticarət mərkəzinin arxasında konkret bir məmur dayanır. В«SədərəkВ»in rəsmi sahibi Yusif Qədimov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altındadır. Odur ki, aksiyanın В«SədərəkВ»dən В«BinəВ»yə В«perevodВ» alması da çox şübhəlidirВ». Onu da bildirək ki, bir başqa qaynaqlar isə bu işdə İranın xüsusi xidmət orqanlarının iştirakını istisna etmirlər. Həmin mənbələrin ötürdüyü xəbərlərdə deyilir: В«İrana yaxın olan, bu ölkənin xüsusmi xidmət orqanları ilə əlaqədə olan onlarla sahibkar bu günkü aksiyada olub. Onlar hətta üzərində В«ya hüseynВ» yazımış bayraqları da çıxarmaq istəyiblər, lakin sonradan bundan vaz keçilibВ». Amma istənilən halda, baş vermiş aksiyada kimin təşkilatçı olmasından daha çox diqqətləri cəlb edən odur ki, ortada həqiqətən də narazılıq var. Və hətta burada kənar güclər maraqlı olsalar belə, əsas narazılığı yaradan şəxs Kəbirə Məmmədovadır. Buna görə isə haqqını tələb edən sahibkarların yox, elə günahkarın, əsl günahkarın cəzalandırılması daha doğrudur. Geri qayıt |