Əsas Səhifə > Güney Press / Manşet > RÜSTƏM İBRAHİMBƏYOV HƏBS OLUNA BİLƏR
RÜSTƏM İBRAHİMBƏYOV HƏBS OLUNA BİLƏR18-01-2013, 16:45 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, bu gün Vergilər Nazirliyinin əməkdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıblar. İttifaqın sədri Rüstəm İbrahimbəyov özü bu barədə deyib ki, axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 nəfər əməkdaşı həyata keçirib: “Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər bu sənədlər onlara lazımdır və onları aparmalıdırlar. Baxmayaraq ki, həmin sənədlərin surətini çoxdan vergi nümayəndələrinə vermişik. Onlar da bir ay ərzində həmin sənədləri yoxlayıblar. Birinci yoxlamadan sonra bildiriblər ki, hər hansı qanun pozuntusu yoxdur. İkinci araşdırmadan sonra isə bildiriblər ki, vergidən yayınma olub və cinayət işi açırıq. İndi də gəlib bütün sənədləri yığıb götürüblər. Mən hər dəfə çıxış edəndən sonra belə təzyiqlər edirlər. Mənə mesaj verirlər ki, ya sus, ya da səndən əl çəkməyəcəyik”. R.İbrahimbəyov bildirib ki, axtarış zamanı ittifaqda olmayıb: “Başqa işlərim var, ona görə də ittifaqa getmədim. Orada başqa işçilərimiz var”. DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlardan isə bildiriblər ki, Rüstəm İbrahəimbəyovla bağlı artıq В«yuxarılarВ» qərarını verib: В«Artıq onun həbs olunma məsələsi belə müzakirə olunur. Hər halda, Rüstəm İbrahəimbəyov bir daha Bakını tərk edərsə, onu geri buraxmayacaqlar. Bakıda qalacağı təqdirdə isə onu həbs gözləyirВ». Onu da xatırladaq ki, Rüstəm İbrahəimbəyov son günlər kəskin çıxışları ilə diqqətə gəlməkdədir. Axırıncı müsahibəsində isə tanınmış kinorejissor rəsmi Bakını rəsmən hədələyən ifadələrilə diqqətə gəlib. Geri qayıt |