Əsas Səhifə > Ölkə, Manşet > GENERALIN QOHUMU ƏSGƏR ÖLÜMÜ İLƏ BAĞLI DİNDİRİLİR
GENERALIN QOHUMU ƏSGƏR ÖLÜMÜ İLƏ BAĞLI DİNDİRİLİR18-01-2013, 12:23 |
ABŞERONUN HƏRBİ KOMİSSARI İSTİNTAQDA DİA.AZ: - Yanvar ayının 8-də Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən mərhum əsgərimiz Ceyhun Qubadovun ölümü ilə bağlı açılan cinayət işi üzrə hərəkətlənmə var. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlar xəbər ötürüb. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, açılan cinayətişi ilə əlaqədar cəzalandırılanlar olsa da, Ceyhun Qubadovun əsgərliyə çağrılmamışdan əvvəl ürək çatışmamazlığından əziyyət çəkməsi barədə yayılan xəbərlər istintaq orqanlarının da diqqətini cəlb edib. Mənbəmizin söylədikləri: «Məhz bu səbəbdən Ceyhun Qudabovu hərbi xidmətə yola salan Abşeron rayon hərbi komissarı Vüsal Babayev da istintaqa çağrılıb». Onu da qeyd edək ki, Vüsal Babayevin adı bir çox əsgər ölümündə hallandırılsa da, bu vaxta qədər ona kimsə «gözün üstə qaşın var» deyə bilməyib. Bu isə hərbi komissarın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun bacısı oğlu olması ilə əlaqələndirilir. Geri qayıt |