Əsas Səhifə > Siyasət, Manşet > «OLİQARXLARIN TƏŞKİLATI» BAKIDA MİTİNQ PLANLAYIR
«OLİQARXLARIN TƏŞKİLATI» BAKIDA MİTİNQ PLANLAYIR18-01-2013, 10:28 |
İŞARƏNİ MOSKVADAN GÖZLƏYİN: RUSİYA AZƏRBAYCANI QARIŞDIRMAQDADIR DİA.AZ: - Rusiyanın Putin Administrasiyası Azərbaycana qarşı təzyiqlərini durmadan artırmaqdadır. Elə bunun nəticəsidir ki, rəsmi Bakıda alternativ tədbirlərə əl atmaqdadır. Tanınmış kinorejissor Rüstəm İbrahəimbəyovun adı ətrafında cərəyan edən olaylar, həmçinin bunca basqıların qarşılığında iqtidar düşərgəsində «Rusiyanın bir nömrəli adamı» kimi tanıdığımız Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəziə başında tutulması məcburiyyətin deyilənlərin bariz nümunəsi kimi diqqətə gəlməkdədir. Amma vəziyyət heç də görüntüdə olan kimi deyil. DİA.AZ-a hökumət içindəki qaynaqlardan sızan informasiyada bildirilir ki, Kreml Azərbaycanı yenidən qarışdırmaq istəyir və htta bu günlərdə bir neçə tanınmış oliqarxın birləşdiyi Rusiya Azərbaycan Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakıda etiraz aksiyası təşkil olunacaq. Xatırladaq ki, hələlik vergilər nazirliyinin Rüstəm İbrahəimbəyovun rəhbərlik etdiyi Kinomatoqrafçılar Birliyinə qarşı irəli sürdüyü ittihamlara etiraz olaraq birlik tərəfindən aksiyanın planlaşdırılması xəbəri yayılıb. Məlumatlı mənbəmiz iddiba edir ki, bütün bunlar qığılcıi effektli bəhanə rolunu oynaya bilər: «Diqqət yetirin, kifayət qədər təmin olunmuş Rüstəm İbrahəimbəyov bu gün sosial partlayışdan, insanların səfalət içində yaşamasından danışır və bütün fikirlərilə hakimiyyəti sərt formada inqilabla təhdid etməkdədir. Təbii ki, Rüstəm İbrahəimbəyov xaraktercə cəsarətli birisi deyil və onun kimi bir şəxs heç bir zaman xalqın dərdlərinin ifadəçisinə çevrilə bilməz. Ən azından o səbəbə görə ki, xalq bəlkə də YAP iqtidarının 20 illik hakimiyyətinin ən gözəl günlərini yaşayır. Yəni insanlarımızın durumu əvvəllər bundan da betər idi. O zaman Rüstəm İbrahəimbəyov harada idi və nədən «sosial partlayış», «inqilab» çağırışlarını etmirdi?». Mənbəmiz əslində Rüstəm İbrahəimbəyovun məhz Rusiyanın göstərişi ilə cəsarətləndiyini qeyd etməklə yanaşı, bildirir ki, Kreml rəsmi Bakıya 2013-cü ilin prezident seçkiləri ərəfəsində çox ciddi təzyiqlər edəcək: «Bu yaxınlarda vergilər nazirliyinin qarşısında aksiya planlayırlar. Hələlik əzələ nümayiş olacaq. Müəyyən təcrübə əldə etdikdən sonra isə ciddi planların icrasına qərar veriləcək». Geri qayıt |