Əsas Səhifə > Güney Press / Manşet > MOLLA MƏTBUATI DİNDAR MƏHBUSLARI BÜTLƏŞDİRİR
MOLLA MƏTBUATI DİNDAR MƏHBUSLARI BÜTLƏŞDİRİR17-01-2013, 18:00 |
![]() DİA.AZ: - Fars-mola rejiminin nəzarəti altında olan mətbuat iki il əvvəl həbs olunan dindarları müdafiə məqsədilə silsilə materialların dərcinə başlayıb. Bildirək ki, həmin yazılarda az qala bütləşdirilən məhbus dindarların iki illik həbsxana həyatları sanki müqəddəs bir missiya kimi təqdim olunur ki, bunun da nədənləri aydındır. Bu yolla mola rejimi öz tərəfdarlarını stimullaşdırmağı, onları ruhlandırmağı qəsd edir. Amma hər kəs gözəl bilir ki, müqəddəs dinimiz belə vətəninə, millətinə dönük çıxanları, öz dövlətinin maraqlarına xəyanət edənləri Allahın bağışlamadığını buyurur. В«Zalımların zülmü, möminlərin əzab və möhnətindən iki il ötdüВ» başlıqlı yazını DİA.AZ olaraq olduğu kimi təqdim edirik: В«Rəhman və Rəhim Allahın adı ilə Salam olsun ilahi peyğəmbərlərə, salam olsun son peyğəmbər həzrət Məhəmmədə (s), məsum imamlara (ə)! Salam olsun haqqın son ehtiyatı Əsrin İmamı Bəqiyyətullaha (əc)! Salam olsun həqiqət yolunun şəhidlərinə! Düşmən təcavüzündə yaralanmış canbazlara salam olsun! Haqq-ədalət cəbhəsinin mübarizlərinə salam olsun! Salam olsun bütün möminlərə, xüsusən də dinsiz rejimin həbsxanalarında məşəqqət yaşayan qəhrəman azadələrə! 28 səfər əza günləri, həzrət Peyğəmbər (s) və İmam Həsən Müctəbanın (ə), eləcə də İmam Rizanın (ə) üzücü şəhadəti münasibəti ilə bütün müsəlmanlara, həmvətənlərimə başsağlığı verirəm. Eyni vaxtda ürəyiyanan bir azərbaycanlı olaraq həmvətənlərimi yeni il münasibətilə təbrik edirəm. Zəruri saydım ki, məmləkətimin müsəlmanlarına Aşura günlərini, İmam Hüseynə (ə) əzadarlığı əzəmətlə keçirdikləri üçün Allahın həqir bəndəsi olaraq təşəkkürümü bildirim. İnsan öz həmvətənlərinin İmam Hüseynə (ə) eşqi, səmimi etiqadına görə torpağa düşüb, Allaha şükür səcdəsi etməlidir. Bütün bunlar şəhid hacı Vaqif Abdullayev, şəhid Füzuli Novruzovun qanının, fədakarlığının səmərəsidir. Onlar İslam nidasını müsəlman xalqa çatdırdılar. Xalq Hüseyn əzadarlıqlarında kütləvi şəkildə, eşqlə iştirak etdi. Mən bir həmvətən olaraq əzadarların çoxluğundan, əzəmətindən qürur duyuram, şiə və hüseynçi xalqla iftixar edirəm. Azərbaycanda başda dindar və mübariz doktor Mövsüm Səmədov olmaqla böyük insanlar, allahpərəst möminlər, əsil qəhrəmanların insan haqları prinsiplərinə zidd olaraq zalımcasına həbsindən iki il ötdü. Ar olsun şeytan cəbhəsində dayanan, haqqa qarşı çıxanlara! Allahın salamı olsun bütün haqpərəst insanlara! Onlar şəhidlər ağası Hüseyndən (ə) ilham alaraq zülmə qarşı çıxdılar. Şərlənərək MTN tərəfindən həbs edildilər. Onların bir qismi azad edilib, iki yüzə yaxını isə öz mübarizəsini həbsxanalarda davam etdirir. Onlar əsil azad insanlardır. Gəlin hamılıqla onları dəyərli “Azad” adı ilə çağıraq. Salam olsun bu məhbusların mətanətli, səbirli ailələrinə. Onların zülm qarşısında fədakarlığı, fitnə-fəsadla mübarizəsi Azadələrdən az deyil. Azərbaycan dövlətinin çiynində bir vəzifə var. Amma dövlətdə agah və düşüncəli insanlar olmadığından nə etməli olduqlarını bilmirlər. Onları öz ixtiyarlarına buraxaq. Onların nadanlıqları haqq cəbhəsinin xeyrinədir. Dediklərimə sübutum budur ki, düzgün təhlil edə bilsəydilər, anti-islami addımların, möminlərin həbsinin son iki ildə İslamın genişlənməsinə, xalqın dinə yaxınlaşmasına səbəb olduğunu görər və dərk edərdilər. Əgər inanmırlarsa builki Tasua və Aşura əzadarlıqlarına nəzər salsınlar. Repressiyaların davamı onları çökürəcək. Boşlayaq onları, qoy rüsvayçı süqutlarına və haqqın qələbəsinə aram-aram şahid olsunlar. Bəs bizim vəzifəmiz nədir? Gəlin sadalayaq: 1. Vəzifəmiz peyğəmbərlər, övliyalar, İslam tarixinin laləzar kəfənli şəhidlərinin mirası olan Allah dinini himayə etməkdir. Bu pak ağac şəhid qanları ilə suvarılıb, bu yolda işgəncələr, məşəqqətlər yaşanıb; 2. Bu yolda mübarizə aparan, işgəncələrə sinə gərən inasanları ciddi şəkildə himayə etməliyik. Bu sahədə dinsiz rejimin həbsxanalarındakı mübarizlər öndə gəlir. Bütün mümkün tədbirləri görməliyik ki, hakimiyyət öz çirkin məqsədi yolunda bu insanların həbsində məğlub olsun, islamçılar məqsədə çatsınlar. Bu mübarizə yolunun müxtəlif yönləri var, möminlər bu üsullara tam bələddirlər. Ən təsirli üsullardan biri kütləvi etiraz aksiyalarıdır. Fürsətdən istifadə edib 5 oktyabrda böyük qəhrəmanlığa imza atmış, misilsiz aksiya keçirmiş mübarizləri salamlayıram. Bu bir mübarizə üsulu idi və ona qarşı çıxanlar səhvə yol verir. Möminlər bir-birlərini himayə etməlidir. Bu çox normaldır ki, bir qrup başqa qrupdan fərqli mübarizə metodu seçir. Əsas hər birimizin bağlı olduğu ümumi məqsəddir. Vəhdət burada özünü göstərir. Şeytan vəsvəsələri ilə təfriqə də burada başlayır. Bir həmvətən olaraq acizanə xahişim var: hamı bilməlidir ki, möminlərin ziddinə danışmaq düşməni sevindirir və möminlərin istənilən mübarizə üsulunda bir-birini himayə etməsi Allahın razılığına səbəb olur. 3. Başqa mühüm məsələ qarşıdakı prezident seçkiləridir. Biz müsəlman azərbaycanlılar bilməliyik ki, seçkilər olduqca həssas məqamdır. Hansı ki Azərbaycanda və dünyada ölkəmizdə keçiriləcək seçkilərin düzgünlüyünə kimsə inanmır. Bu dəfə də hakimiyyət bir nəfərin namizədliyini irəli sürüb, saxtakarlıqla seçki qutularından onu lehinə səs çıxaracaq. Bunu xalqımız da, avropalılar da, ruslar da, dünya müsəlmanları da yaxşı bilir. Bununla belə seçkilərə təsir üçün təlaş göstərmək lazımdır. İslamçıların vəzifəsidir ki, seçkilərin mahiyyətini açıqlasın, münasib namizədin xüsusiyyətlərini xalqa çatdırsın. Əzabkeş xalqın tələbləri dövlətə və dünyaya çatdırılmalıdır. Saxta seçkilər ifşa edilməli, həqiqi, azad, demokratik seçkilərə yol açılmalıdır. Müsəlman Azərbaycan xalqı bilməlidir ki, seçki dövrü problemləri gündəmə gətirmək, Qarabağ problemi də daxil olmaqla ölkə qarşısındakı problemləri aradan qaldırmaq üçün münasib fürsətdir. Həqiqətən Hizbullah qalibdir! Doktor GəncəviВ» Geri qayıt |