Əsas Səhifə > Cəmiyyət, Manşet > XIZININ İCRA BAŞÇISI QOÇULUQ EDİR

XIZININ İCRA BAŞÇISI QOÇULUQ EDİR


17-01-2013, 15:05
XIZININ İCRA BAŞÇISI QOÇULUQ EDİR
XƏZƏR ASLANOV KİMƏ GÜVƏNİR?

Redaksiyamıza daxil olan məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Qəşəm oğlu Aslanov vəzifə səlahiyyətlərini, bir dövlət məmuru olduğunu unudaraq reketliyə başlayıb.
Verilən məlumata görə, bütün gününü Bakıda keçirən icra başçısı, rayonun problemləri ilə maraqlanmaqdan daha çox, şəxsi biznesini genişləndirmək, başqalarının şəxsi əmlakını ələ keçirmək istiqamətində dayanmadan çalışmaqdadır. Xızı rayonu isə Allahın ümidinə qalıb. Verilən məlumatda görə, bu dəfə də Xəzər Aslanov Bakının Nərimanov rayon ərazisində Fətəlixan Xoyski küçəsində, 5 saylı Şəhər Xəstəxanasının yaxınlığında yerləşən “Klub 45” restoranına göz qoyub.
Məlumatda deyilir ki, reketçilik və hədə-qorxu ilə həmin əmlakı ələ keçirməyə çalışan Xəzər Aslanov vətəndaşın şəxsi mülkü olduğunu unudub. Yəni Xəzər Aslanov “Burda mənəm, Bağdadda kor xəlifə” deyib klub 45” restoranına hücum çəkir. Ki, iki dünya bir olsa da bu obyekt mənim olmalıdır. Hətta müxtəlif nazirliklərdəki tanışları vasistəsi ilə restoranın fəaliyyətinə maneələr yaratmaq üçün ən az ayda beş-altı yoxlamaların gəlməsinə nail ola bilir.
Verilən məlumata görə, Xəzər Aslanov hətta heç kəsdən qorxmadığını, zor gücü ilə olmuş olsa belə şəxsi əmlakı ələ keçirəcəyini bildirir.
Maraqlıdı görəsən, belə bir məmuru durduran tapılacaqmı?
Mövzuya qayıdacağıq.

Geri qayıt