Əsas Səhifə > Ölkə, Manşet > İKİ MƏMURUN «PARAPET»DƏ «RAZBORKA»SI

İKİ MƏMURUN «PARAPET»DƏ «RAZBORKA»SI


17-01-2013, 12:36
İKİ MƏMURUN «PARAPET»DƏ «RAZBORKA»SI
2 AY ƏVVƏLKİ HADİSƏ NƏDƏN GİZLƏDİLİR?

DİA.AZ: - Redaksiyamıza iki ay əvvəl Bakının mərkəzində gündüz saatlarında baş verən bir ilginc hadisə ilə bağlı məlumat daxil olub. Hadisə şahidlərindən birinin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, keçən ilin noyabr ayında Daxili İşlər Nazirliyinin yaxınlığında, Nizami Gəncəvinin abidəsi çevrəsinin əvvəllər «parapet» adlanan hissəsində kütlvi dava baş verib.

Hadisə şahidinin söylədikləri: «Kütləvi dava da demək olmazdı buna. Saat təxminən 5-6 radələri olardı. Üç nəfər səliqəli geyimli, qalstuklu, kostyumlu uca boylu gənc yaxınlıqda saxladıqları maşınlarına sarı yaxınlaşırdılar. Bu zaman dövlət nömrə nişanlarında «AA» hərifləri olan 3 qara maşın böyük sürətlə onlara yaxınlaşaraq sərt şəkildə dayandı».

Hadisə şahidi bildirir ki, həmin maşınlardan təxminən 8-10 nəfər idmançı görkəmli və yenə də səliqəli geyimli şəxslər düşərək heç nə demədən əvvəlki üç gənci amansızcasına döyməyə başlayıblar: «Əvvəlki üç gənc onları görəndə qaçmaq istəsələr də, alınmadı. Və maşınlardan tökülüşən idmançılar onları elə acımasızcasına döyürdülər ki, hətta ətrafdan keçən vətəndaşlar belə onlara baxmağa cürət etmirdi. Bu zaman onlara yaxınlaşan üç polis əməkdaşını maşınlardan düşənlərdən biri sərt formada təhqir edib, ərazidən uzaqlaşdırır. Sona qədər həmin 3 nəfəri döyən idmançılar sonradan başları və bədənlərinin bütün yerləri əzilmiş olan, qana qərq olan üç nəfəri öz maşınlarının baqaj hissəsinə basaraq aparırlar».

Onu da bildirək ki, hadisə şahidi həmin şəxslərin, yəni hər iki tərəfin iki məmura yaxın olduğunu və əslində, baş verən davanın məmurlar arasında «razborka» olduğunu da bildirdi. Mənbəmiz məmurların adlarını bildiyini söyləsə də (onların maşın nömrələri vasitəsilə iştirakçıların kimlikləri və hansı idarəni təmsil etmələri müəyyən olunub -red.), sadəcə olaraq bu barədə susmağın doğru olduğunu söylədi: «Əgər polis işçiləri heç nə demədən dabanlarına tüpürüb qaçırlarsa, mən nədən ağrımaz başıma dəsmal bağlamalıyam ki»…

Geri qayıt