Əsas Səhifə > Hadisə > GƏNCƏDƏ BOMBA PANİKASI
GƏNCƏDƏ BOMBA PANİKASI17-01-2013, 09:44 |
YALANÇI TERRORÇU HƏBS EDİLDİ DİN-in 102 xidmətinə özünü təqdim etməyən şəxs zəng edərək Gəncə şəhər Mahrasa bağı qəsəbəsində yerləşən 13-mərtəbəli 2 binanın bomba ilə partladılacağını bildirib. O, özünü Dağıstan Respublikasından gələn terrorçu kimi təqdim edib. Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, informasiya yalandır. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Məlum olub ki, zəng edən şəxs 32 yaşlı Gəncə sakini Xəyal Mübariz oğlu Məmmədovdur. Onun barəsində həbs qəti-imkan tədbiri seçilib. Geri qayıt |