Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAKI ADAMINI İTİRDİ

RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAKI ADAMINI İTİRDİ


17-01-2013, 08:18
RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAKI ADAMINI İTİRDİ
MAHİR MƏMMƏDOV VƏZİFƏSİNDƏN ALINDI: 13 MİLYON DOLLAR NƏ OLACAQ?

DİA.AZ: - Neçə müddətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan «Socar Georgia» ilə bağlı yaranmış qalmaqalın xəbərlərini diqqətlərinizə çatdırmaqdayıq. Bildirək ki, bununla əlaqədar DİA.AZ-a ARDNŞ-də yüksək post tutan şəxslərdən biri adının çəkilməməsi məqsədilə çox ilginc bir xəbəri çatdırıb.

Məlumatı verən mənbə bildirir ki, əslində «Socar Georgia» ilə yeni gürcü hökuməti arasında yaranmış problem siyasi mahiyyət daşısa da, bu işdə Rövnəq Abdullayevin Gürcüstandakı bir nömrəli adamı hesab olunan Mahir Məmmədovun da kifayət qədər günahı var: «Mahir Məmmədov «Socar Georgia»da vitse-prezident postunu tutur. Ona Bakıdan yerli hökumətlə münasibətləri qaydasında tutmaq tapşırığı verilsə də, məhz onun səhlənkarlığı səbəbindən bu gün «Socar Georgia» 26 milyon lari həcmində vergidən yayınmada ittiham olunur».

Mənbəmizin sözlərinə görə, Mahir Məmmədov bu səbəbdən artıq vəzifəsindən azad edilib: «Təbii ki, Rövnəq Abdullayev sonna qədər adamını müdafiə etdi. Amma vəziyyət o həddə çatdı ki, nəhayətdə Mahir Məmmədov getməli oldu və bunda «yuxarılar» maraq göstərdi. Hələlik Mahir Məmmədovun yerinə kimsə təyin olunmayıb. Amma buna baxmayaraq, o hələ də Tiflisdədir və o, bundan sonra yalnız Rövnəq Abdullayevin Gürcüstandakı şəxsi biznesini yönəldəcək».

Geri qayıt