Əsas Səhifə > Gündəm, Manşet > İKİ RAYONUN RƏHBƏRLİYİNDƏ ŞOK DƏYİŞİKLİK

İKİ RAYONUN RƏHBƏRLİYİNDƏ ŞOK DƏYİŞİKLİK


17-01-2013, 08:12
İKİ RAYONUN RƏHBƏRLİYİNDƏ ŞOK DƏYİŞİKLİK
ZƏRDABIN İCRA BAŞÇISI ÇIXARILIR: SƏBAİLİN İCRA BAŞÇISI GÖRƏVƏ

DİA.AZ: - Hakim düşərgə prezident seçkiləri öncəsi çox mühüm kadr islahatları həyata keçirəcək. Bu şok məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, neçə müddətdir barəsində silsilə materiallar yazılaraq bir qadını zorlamaqda ittiham olunan Zərdabın icra başçısı Lütvəli Babayev vəzifəsindən alınacaq.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, hətta Lütvəli Babayevə qarşı cinayət işi də açıla bilər. Xatırladaq ki, bir zamanlar Mingəçevirin icra başçısı olan Lütvəli Babayev kurasiya baxımından bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə tərəfindən himayə olunur və onun qardaşı Xanəli Hacıyev Şirvan bölgəsinin axundudur.

Digər ikinci şok islahat isə Səbailin icra başçısı Asif Əsgərovla bağlıdır. Mötəbər mənbənin bildirdiyinə görə, Asif Əsgərov Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə təyin ediləcək: «Onun isə kimi əvəzləyəcəyi hləlik məlum deyil. Ola bilsin ki, PA-da boş qalmış müavin postuna gətirilsin».

Geri qayıt