Əsas Səhifə > Hadisə > SATIŞDA KEYFİYYƏTSİZ ƏRZAQ VAR
SATIŞDA KEYFİYYƏTSİZ ƏRZAQ VAR18-11-2011, 13:00 |
“XƏZRİ” XAMASI və “MOSKVİCİN” YAĞININ SATIŞI QADAĞAN EDİLİB Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakının Nizami rayonunda fəaliyyət göstərən “Xəzri” MMC-yə məxsus süd məhsulları istehsalı sexinə reyd edib. “Media forum” saytına verilən məlumata görə, araşdırma zamanı müəssisədə istehsal olunan 15%-li xamanın və yüngünlləşdirilmiş marqarin yağının istehsalına şərait olmadığı, heç bir texnoloji təlimat və reseptura olmadan məhsul istehsal edildiyi müəyyənləşib. Bildirilir ki, müəssisə istehsal etdiyi yüngülləşdirilmiş marqarin yağının etiketinin üzərinə “sadəcə yüngülləşdirilmiş yağ” yazaraq və inək südündən hazırlanmasına işarə olan reklam xarakterli inək şəkli vurmaqla “Yeyinti məhsulları haqqında” qanunun tələblərini pozaraq istehlakçıları aldadıb: “15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar normadan çox aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “Xəzri” MMC-yə 1/140 qram olan 700 ədəd “Moskvicin” nişanlı yüngülləşdirilmiş marqarin yağının və 1/160 qram olan 1350 ədəd 15%-li xamanın satışını qadağan edən tələbnamə verilib”. Geri qayıt |