Əsas Səhifə > Güney Press / Manşet > ABBAS ABBASOV KREMLLƏ QIRILDIĞINI DEYİR
ABBAS ABBASOV KREMLLƏ QIRILDIĞINI DEYİR16-01-2013, 14:56 |
![]() DİA.AZ: - Kremlin sifarişi ilə Azərbaycan hakimiyyətinə qarşı təzyiq aləti kimi düşünülmüş Rusiya Azərbaycan Təşkilatları İttifaqının elan olunan sədri, baş nazirin keçmiş müavini Abbas Abbasov yaxın günlərdə Bakıya gələcək. Bu barədə məlumatı DİA.AZ-a Rusiyadakı soydaşlarımız verib. Soydaşlarımızın bildirdiyinə görə, bir müddət əvvəl prezidentlə görüşməyə müvəffəq olan Abbas Abbasov görüşdən sonra RATİ ilə bağlı hər hansı addımı atmaması və fəaliyyət göstərməməsilə əslində hansı qərarı verdiyini və həm də prezidentlə görüşdə nələri müzakirə etdiyini də hiss etdirmiş oldu. Mənbəmiz bildirir ki, amma buna rəğmən hələ də o, RATİ-də və özü də rəhbər olaraq qalır ki, bu da Azərbaycan mətbuatında müxtəlif şaiyələrin dərcinə rəvac verməkdədir. Mənbəmizin söylədikləri: В«Əslində Abbas Abbasov birdəfəlik olaraq RATİ projesindən uzaqlaşıb. Və Bakıya gəlişi də əslində bir bəhanə ilə yerli mətbuatla görüşmək niyyətindən ibarətdir. Ola bilsin ki, gələn həftə və yaxud da on gündən sonra o, Bakıda olsun və bu zaman onun yerli qəzetlərə rahat şəkildə müsahibə və açıqlamalar verəcəyi də istisna deyilВ». Geri qayıt |