Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV BARƏSİNDƏ HƏBS QƏRARI

ELŞAD ABDULLAYEV BARƏSİNDƏ HƏBS QƏRARI


16-01-2013, 14:41
ELŞAD ABDULLAYEV BARƏSİNDƏ HƏBS QƏRARI
DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev həbs oluna bilər. Bu şok məlumatı DİA.AZ-a məlumatlı mənbə verib.

Xəbəri verən qaynaq iddia edir ki, artıq Elşad Abdullayevə qarşı cinayət işinin açılması, onun barəsində həbs qərarının çıxarılaraq beynəlxalq axtarışa verilməsi yönündə iş gedir: В«Maraqlıdır ki, olduqca məhdud çərçivədə bu planın icrası prosesi həyata keçirilir. Elşad Abdullayev ABU-dakı fəaliyyətilə bağlı ittihamların hədəfi olacaq ki, ortaya real faktların çıxarılması gözlənilir. Hətta bu gün hamını rüşvətxorluqda suçlayan keçmiş rektora rüşvət vermiş bir neçə şahidin də ifadələri hazırdırВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, hələlik bu məsələnin nə zamandan start götürəcəyi bəlli deyil: В«Amma iş gedir və ola bilsin ki, Elşad Abdullayevin yeri tam təsbit olunandan, onun həbsi imkanı mümkün olandan sonra bütün proseslər ictimaiyyətə açıqlansın və cinayət işinin açıldığı gündəcə, o həbs edilsinВ».

Geri qayıt