Əsas Səhifə > Güney Press / Manşet > 5 ALİ MƏKTƏBİN REKTORU GÖRƏVDƏN ALINIR

5 ALİ MƏKTƏBİN REKTORU GÖRƏVDƏN ALINIR


16-01-2013, 14:03
5 ALİ MƏKTƏBİN REKTORU GÖRƏVDƏN ALINIR
DİA.AZ: - Təhsil sistemində kadr islahatlarının həyata keçiriləcəyini hələ öncədən xəbər vermişdik. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, dünən Nazirlər Kabinetinin toplantısında dövlət başçısının korrupsiyaya qarşı mübarizənin daha da davam etdiriləcəyi ilə bağlı fikirləri əslində təhsil sahəsində nəzərdə tutulan islahatlarla birbaşa bağlıdır.

Mənbəmiz iddia edir ki, antikorrupsiya tədbirləri çərçivəsində təhsil nazirliyinin strukturları və xüsusən də ali tədris ocaqları xüsusi olaraq islahatlar meydanına çevriləcək: В«Əsas diqqət ali məktəblərə yönəldiləcək. Hər halda, bütün instansiyalarda korrupsiya və rüşvətə qarşı mübarizə getdiyi bir məqamda Misir Mərdanovun В«bazarınıВ» anklav şəklində qoruyub saxlamayacaqdılarВ».

Mənbəmiz bildirir ki, bu islahatlar planına uyğun olaraq 5 ali məktəbin rektoru vəzifələrindən alınacaq və onların yerlərinə gənc kadrlar gətiriləcək: В«Hələlik yeni kadrların kimlikləri məlum deyil. Rektoru dəyişdiriləcək ali məktəblərin üçü Bakıda, biri Gəncədə, biri isə NaxçıvandadırВ».

Mənbəmiz onu da əlavə etdi ki, daha çox barələrində şikayət olunan, daha çox rüşvət mənbəyi kimi tanınan ali məktəblərin rektorlarına qarşı hətta cinayət işi də açıla bilər: В«Unutmaq lazım deyil ki, qarşıdan prezident seçkiləri gəlir və bu seçkilərdə xalqın səsinin önəm daşıyacağı şübhəsizdir. Bunun üçün iqtidar düşərgəsinin öz eloktoratının sıralarını genişləndirmə istiqamətində ciddi addımlar atması da gözlənilir ki, qeyd olunan islahatları da eyni mahiyyətdən hesab etmək olarВ».

Geri qayıt