Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR ƏSƏDOV KİMLƏRƏ QARŞI HÜCUMA KEÇİR?

HEYDƏR ƏSƏDOV KİMLƏRƏ QARŞI HÜCUMA KEÇİR?


16-01-2013, 13:50
HEYDƏR ƏSƏDOV KİMLƏRƏ QARŞI HÜCUMA KEÇİR?
DİA.AZ: - Bir müddət əvvəl Hesablama Palatası az qala bir cəza alətinə çevrilmişdi. Hansı qurumu çökdürmək istəyirdilərsə, vergilər, maliyyə nazirlikləri ilə yanaşı, Hesablama Palatası tərəfindən də yoxlamalara məruz qalırdı. İndi isə Hesablama Palatası sanki qınına çəkilmiş kimidir.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, məsələ heç də görüntüdə olan kimi deyil. Nazirlər Kabinetindəki qaynağın iddialarına görə, fevral ayından etibarən Hesablama Palatası yenidən bir sıra tədris ocaqlarına qarşı hücuma keçəcək: В«Eyni zamanda daha bir neçə dövlət qurumu hədəfə alınacaq. Palatanın sədri Heydər Əsədova böyük imtiyazlar verilib və HP əvvəlkindən də artıq formada cəza vasitəsinə çevriləcəkВ».

Mənbəmizin sözlərinə görə, bu gün Heydər Əsədov prezidentin yeni komandasına düşməyə müvəffəq olmuş fiqurlardandır: В«Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədovla quda olan Heydər Əsədovun prezidentlə də gözəl münasibətləri var. Və belə bir fiqurun В«vurulmasıВ» və yaxud da hakim düşərgədən qovulacağı haqqında mətbuatda yayılan məlumatlar da həqiqətə uyğun olmamaqla yanaşı, həm də əks cinahın işidir. Onlar bu yolla sanki qisas alırlarВ».

Qeyd edək ki, bəzi mətbu orqanlarda Heydər Əsədovun vəzifəsindən alınacağı və onun yerinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlunun gətiriləcəyi haqda xəbərlər yayılıb.

Geri qayıt