Əsas Səhifə > Siyasət, Manşet > PA ŞEFİNİN LƏNKƏRAN PROJESİ UĞURSUZ OLACAQ

PA ŞEFİNİN LƏNKƏRAN PROJESİ UĞURSUZ OLACAQ


16-01-2013, 09:31
PA ŞEFİNİN LƏNKƏRAN PROJESİ UĞURSUZ OLACAQ
ÇÜNKİ ELŞAD ABDULLAYEVDƏ DURUM «SANTA BARBARA»DA OLDUĞU KİMİDİR

DİA.AZ: - Məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbər partiyasının Lənkəran rayon təşkilatının 20 illiyinin qeyd olunması məqsədilə sözügedən rayona səfəri zamanı bir qrupp təxribatçının hücumlarına məruz qalıb. Təbii ki, hər kəs bu işdə təxribatın olduğunu aydın şəkildə görür. Amma bu təxribat heç də prezidentə və hakim düşərgənin ümumi maraqlarına sərf etmədiyindən, proseslərdə tamam fərqli qüvvələrin maraqlı olduqları ortaya çıxır.

Əslində həmin qüvvələrin kimliyi barədə məlumat vermişdik. İndi isə redaksiyamıza daxil olan yeni faktlar məsələnin nə yerdə olduğunu tam çılpaqlığı ilə ortaya çıxarmaqdadır. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, əslində Lənkəranda baş verən olaylan Prezident Administrasiyası rəhbərliyinin planı əsasında həyata keçirilib:

«Amma acınacaqlı orasıdır ki, bu gün yalnızca öz ambisiya və maraqlarını güdən həmin qüvvələr düşünmürlər ki, istənilən bu kimi addımları birbaşa olaraq dövlətin mənafeyini təhlükəyə atan olaylara da rəvac verə bilər. Lənkəranda uzun müddətdir İranın xüsusi xidmət orqanlarının fəallıq etdiyi məlumdur. İndi bu baş verənlər elə bir hal yaradır ki, guya cənub bölgəsində nəzarətsizlik var və belə bir təəssürat təbii ki, Azərbaycana qarşı köklənmiş fars-molla rejimi üçün də göydəndüşmə fürsətdir».

Mənbəmiz bildirir ki, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov birbaşa olaraq Ramiz Mehdiyevin adamıdır: «Elə bir təəssürat da yaradırlar ki, guya Lənkəranda baş verənlərin arxasında PA rəhbərinin müavini Zeynal Nağdəliyev dayanır. Və bunu da onunla əsaslandırırlar ki, Nağdəliyev bir zamanlar Lənkərana rəhbərlik edib. Amma hər kəs yaxşı bilir ki, kuratorluq bu şəkildə formalaşmır və Nağdəliyevin bir zamanlar Lənkərana rəhbərlik etməsi heç də o demək deyil ki, bu gün Lənkərandan sorumlu odur. Əksinə bu gün Lənkəran məhz Ramiz Mehdiyevin nəzarəti altındadır və PA şefi estafeti Şeyxdən alıb».

Onu da bildirək ki, dünəndən etibarən Taleh Qaraşov Müsavatın Lənkərandakı təşkilatına qarşı hücumlara da keçib: «Təbii ki, bu da planın davamıdır. Süni gərginlik yaradırlar. Hər zaman belə oynayıblar. Prezidentə də yalan hesabat ötürürlər ki, guya vəziyyət qarışıb. Bu yolla həm də Müsavatın müxalifət cameəsində xüsusi olaraq qabardılması təbliğatı da aparılır. Buna dəfələrlə şahidlik etmişik. İndi də eyni ssenaridən istifadə edirlər ki, təki Ramiz Mehdiyevlə bağlı məsələlər unudulsun. Amma özləri unudurlar ki, Elşad Abdullayevdə «Santa Barbara» məsələsidir»…

Geri qayıt