Əsas Səhifə > Siyasət, Manşet > FARS-MOLLA REJİMİ XAÇMAZDA ÜSYAN HAZIRLAYIR

FARS-MOLLA REJİMİ XAÇMAZDA ÜSYAN HAZIRLAYIR


16-01-2013, 08:36
FARS-MOLLA REJİMİ XAÇMAZDA ÜSYAN HAZIRLAYIR
SÜNİ ŞƏKİLDƏ HİCAB MƏSƏLƏSİ QABARDILIR: YENİ ETİRAZ PLANI CIZILIB

DİA.AZ: - Fars-molla rejimi yenə də hicab məsələsini süni şəkildə qabartmaqla Azərbaycanda yeni təxribat ocaqları yaratmağı məqsəd edib. Bu barədə məlumatı verən DİA.AZ bildirir ki, son günlər İranın ayrı-ayrı xəbər portallarında Xaçmazdakı orta məktəblərin birində baş vermiş hadisə süni şəkildə qabardılmaqda və mahiyyəti dəyişdirilmiş formada tənqdim edilməkdədir.

Fars-molla rejiminə aid "Iqna" agentliyinin yaydığı xəbərdə deyilir: «Azərbaycan Respublikasında, 11-ci sinif şagirdi Tamilla Mustafayeva hicablı olduğu üçün yanvarın 10-da təhsil aldığı Xaçmaz rayonundakı 9 saylı məktəbdən xaric edilib. Məktəbin direktor müavini Fərrux İsrafilov öz bəyənilməyən hərəkətinə bəhanə gətirərək deyib: "Bu şagird məktəbə hicablı gəlməklə təhsil nazirinin hicablı məktəbə gəlməyi qadağan edən əmrini pozurdu. Ona görə də onu dərs oxumaqdan məhrum etməkdən əlavə, pulsuz verilmiş kitablarını da əlindən alaraq məktəbdən xaric etməyə məcbur olduq".

Sinif rəhbəri Kamran Əlifxanov hicablı şagird Tamilla Mustafayevanın tərbiyəli, təhsilə həvəsli olduğunu və ən yaxşı oxuyan şagirdlərdən olduğunu bildirərək deyib: "Bu hicablı şagird ölkə üzrə keçirilən bir sıra olimpiadaların qalibi idi"».

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində bu kimi xəbərləri intensiv şəkiddə yayan, bu kimi olaylara xüsusi həssaslıq nümayiş etdirən fars-molla rejimi az öncə xəbərini verdiyimiz seçkiqabağı gərginlik prosesinə tədarük görməkdədir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, əslində İranın xüsusi xidmət orqanlarının Azərbaycanın şimal bölgəsi ilə bağlı xüsusi planları var: «Onlar keçən ilin mart ayında Qubada baş verən olaylardan da sui-istifadə cəhdlərində bulundular. Amma alınmadı. İndi isə süni şəkildə Xaçmazı qarışdırmaq istəyirlər və 10 yanvarda baş verən hadisənin geniş şəkildə təbliği, əhalidə qıcığın yaradılması yönündə bütün addımların atılması planlaşdırılır».

Geri qayıt