Əsas Səhifə > Ölkə, Manşet > HAKİM DÜŞƏRGƏDƏ ANLAŞILMAZLIQ HÖKM SÜRÜR

HAKİM DÜŞƏRGƏDƏ ANLAŞILMAZLIQ HÖKM SÜRÜR


15-01-2013, 11:05
HAKİM DÜŞƏRGƏDƏ ANLAŞILMAZLIQ HÖKM SÜRÜR
«BOZ KARDİNAL» YENİDƏN TƏŞƏBBÜSLƏRİ ƏLƏ ALIR?

DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərilə əlaqədar hakim düşərgədə ümumi səfərbərlik elan olunub. Bu şok məlumatı DİA.AZ-a ötürən mənbə bildirir ki, hətta bu gün Prezident Administrasiyasınn rəhbəri Ramiz Mehdiyevə yaxın məmurlar belə qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar görülməsi nəzərdə tutulan tədbirlərin icrasına cəlb edilib ki, bu da müəyyən şübhələrə nədən olmaqdadır.

Mötəbər mənbənin sözlərinə görə, əslində may ayına qədər Ramiz Mehdiyevlə bağlı planlar yekunlaşmalıdır: «Amma bunun özü belə əsas vermir ki, ən azından bu ilin oktyabr ayına qədər çəkəcək bir prosesə Mehdiyevin adamları da cəlb edilsin. Bu isə o deməkdir ki, Ramiz Mehdiyev yenidən iqtidar daxilində təşəbbüsləri ələ almaqdadır».

Mənbəmiz eyni zamanda prezidentin baş nazirin sabiq müavini Abbas Abbasovla görüşünün də bir dəlil kimi istifadə olunduğunu qeyd edir: «Təbii ki, Abbas Abbasovla görüşdə əksinə olaraq rəsmi Bakı Kremlə sərt mövqeyini ifadə edib və bu mövqe ifadəsinin Abbas Abbasov tərəfindən Kremlə çatdırıldığı məlumdur. Amma iqtidar dəhlizlərində, kuluarlarda məqsədli şəkildə Ramiz Mehdiyevin yenidən təşəbbüsləri ələ alması haqda rəy və görüntü yaradılmaqdadır».

Geri qayıt