Əsas Səhifə > Siyasət, Manşet > GÜLƏR ƏHMƏDOVA VİRTUAL ALƏMDƏKİ İŞİNİ DAYANDIRDI

GÜLƏR ƏHMƏDOVA VİRTUAL ALƏMDƏKİ İŞİNİ DAYANDIRDI


15-01-2013, 09:24
GÜLƏR ƏHMƏDOVA VİRTUAL ALƏMDƏKİ İŞİNİ DAYANDIRDI
«MƏRKƏZ» QƏZETİNİN ARDINDAN «MERKEZ.AZ» PORTALI DA İŞİNƏ ARA VERİB

DİA.AZ: - Fəaliyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişlərin ardından deputat mandatını itirən və hazırda polis nəzarəti altında saxlanılan Gülər Əhmədova bir müddət əvvəl rəhbəri olduğu «Mərkəz» qəzetinin fəaliyyətini dayandırmışdı.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, indi də sabiq deputat qəzetinin «merkez.az» internet adresindəki fəaliyyətini də dayandırır. Qeyd edək ki, heç bir özəl materialı ilə çıxış etməsə də, portal dünən günorta saatlarına qədər fəaliyyət göstərirdi.

Məlumatı verən mənbə iddia edir ki, artıq «merkez.az» portalının ödənişlərinin də durdurulması barədə qərar verilib.

Geri qayıt