Əsas Səhifə > Cəmiyyət > ALMANİYADAKI TƏLƏBƏLƏRİMİZ PULSUZ QALIB

ALMANİYADAKI TƏLƏBƏLƏRİMİZ PULSUZ QALIB


17-11-2011, 16:17
ALMANİYADAKI TƏLƏBƏLƏRİMİZ PULSUZ QALIB

“MƏRDANOVUN KANTORU” 1 HƏFTƏ VAXT İSTƏDİ

Dövlət hesabına Almaniyada təhsil alan tələbələrin təqaüd problemi yaranıb.

Bu barədə tələbələri Almaniya Akademik Mübadilə Xidməti (DAAD) xəbərdar edib.

Məlumatda qeyd olunur ki, Azərbaycan hökumətinin pul köçürməməsi səbəbindən DAAD tələbələrə təqaüd ödəmək iqtidarında deyil.

Pul köçürülməyəcəyi halda dekabr ayından tələbələrə təqaüd verilməyəcək.

DAAD bu barədə Azərbaycan hökumətini xəbərdar etdiyini, amma hələ də pul köçürülmədiyini bildirir.

Təhsil Nazirliyində problemin olmasını təsdiq edirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə AzadlıqRadiosuna deyib ki, yubanma pul köçürülməsindəki mərhələli proseslə bağlıdır.

Mətbuat xidmətinin rəhbəri problemin bir həftəyə həll ediləcəyini deyir.


Geri qayıt