Əsas Səhifə > Gündəm, Manşet > MÜXALİFƏTÇİ İLƏ İQTİDAR ADAMI MƏXFİ GÖRÜŞDƏ

MÜXALİFƏTÇİ İLƏ İQTİDAR ADAMI MƏXFİ GÖRÜŞDƏ


15-01-2013, 09:07
MÜXALİFƏTÇİ İLƏ İQTİDAR ADAMI MƏXFİ GÖRÜŞDƏ
RAMİZ MEHDİYEV KÖHNƏ KONTAKTLARINI İŞƏ SALIR: YENİ TƏXRİBAT

DİA.AZ: - Hakimiyyətiçi gərginlik yenidən alovlanmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, həftənin birinci günü müxalifətin tanınmış simalarından biri ilə Prezident Administrasiyasının yüksək ranqlı bir əməkdaşının məxfi görüşü olub.

Görüşün Bakıdakı restoranların birində baş tutduğunu bildirən mənbəmiz vurğulayır ki, görüşə qatılan müxalifətçi illərdir davamlı olaraq iqtidarın maraqlarına qulluq etməkdədir:

«Həmin müxalifətçi ilə bağlı cəmiyyətdə müəyyən şübhələr olsa da, konkret faktın ortaya qoyulmaması şübhələrin qəti qərara keçidini əngəlləyib. Və bu dəfəki görüşü də əslində ənənəvi hesab etmək olardı».

Amma mənbəmiz bildirir ki, iqtidar adamı ilə görüşən müxalifətçiyə yeni öhdəliklər verilib: «Əsas öhdəliklər isə yenidən siyasi gündəmin qızışdırılması yönündə tapşırıqlardan ibarətdir. Bütün məqsəd hakimiyyətə qarşı amansız opponent düşərgə təəssüratının yaradılmasına hesablanıb. Hətta bu iş üçün külli miqdarda maliyyə yardımı da vəd olunub».

Onu da bildirək ki, redaksiyamıza görüşdə iştirak edən şəxslərin kimlikləri barədə bütün dolğun məlumatlar daxil olub. Lakin portalımızın e-mail adresinə göndərilən bu xəbəri dəqiqləşdirmə imkanlarımız məhdud olduğundan əlavə faktları açıqlaya bilmədik.

Bizi izləməkdə davam edin…

Geri qayıt