Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN ADAMI AZƏRBAYCANI TƏRK ETDİ

RAMİZ MEHDİYEVİN ADAMI AZƏRBAYCANI TƏRK ETDİ


15-01-2013, 08:39
RAMİZ MEHDİYEVİN ADAMI AZƏRBAYCANI TƏRK ETDİ
VİDADİ İSAYEV ÖZÜ İLƏ BİRGƏ KÜLLİ MİQDARDA PUL VƏ QIZIL DA APARIB

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, bir zamanlar prezidentin mühafizə idarəsinin rəisi Bəylər Əyyubovun kurasiyasında olan, sonradan isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çətiri altına keçən Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin adı «qara siyahı»ya salınıb. Buna səbəb kimi isə Ramiz Mehdiyevin mövqelərinin zəiflədiyi şəraitdə Bəylər Əyyubovun icra başçısından qisas alma niyyəti göstərilir.

Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, onu gözləyən aqibətdən xəbərdar olan Vidadi İsayev artıq Azərbaycanı tərk edib. Mötəbər mənbərnin redaksiyamıza ötürdüyü informasiyaya görə, Bərdənin icra başçısı hazırda Dubaydadır: «Onun Azərbaycandan birdəfəlik getdiyi iddia olunur. Çünki icra başçısı özü ilə birgə külli miqdarda pul və qızıl zinət əşyalarını da çıxarıb».

Əlavə məlumatlar olduqca sizi bilgiləndirəcəyik. Bizi izləməkdə davam edin. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt