Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVİN DAHA BİR GEDİŞİ

RÖVNƏQ ABDULLAYEVİN DAHA BİR GEDİŞİ


17-11-2011, 16:14
RÖVNƏQ ABDULLAYEVİN DAHA BİR GEDİŞİ

ARDNŞ AMERİKA NEFT NƏHƏNGİNDƏN ESSO SCHWEIZ ŞİRKƏTİNİ ALIB

Dünən Sürixdə ARDNŞ ilə Exxon Mobil Central Europe Holding GmbH Esso Schweiz GmbH (Exxon Mobil-in İsveçrə filialı) şirkətinin alqı-satqı müqaviləsi imzalayıblar. Bu barədə Turan-a ARDNŞ mətbuat xidmətində məlumat veriblər.

Bu şirkət sahibi dəyişəndən sonra 12 ay ESSO brendi ilə işləyəcək. Keçid dövründə bütün müqavilə öhdəlikləri saxlanılacaq. 2012-ci ilin III rübündən o, "SOCAR" brendi ilə işləyəcək.

Sazişə əsasən, "Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu, Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Dövlət Neft Şirkətinin sərəncamına keçib.

ARDNŞ oktyabrın sonunda Rumıniyada yanacaqdoldurma kompleksi açıb və Aİ bazarında neft məhsullarının pərakəndə satışına başlayıb.


Geri qayıt