Əsas Səhifə > Güney Press / Manşet > В«GƏNCƏDƏ SURƏT HÜSEYNOVUN BAŞINA AND İÇİRLƏRВ»
В«GƏNCƏDƏ SURƏT HÜSEYNOVUN BAŞINA AND İÇİRLƏRВ»14-01-2013, 16:57 |
![]() DİA.AZ: - Son zamanlar keçmiş baş nazir Surət Hüseynovun xüsusi olaraq fəallaşdığı deyilir. Bu barədə DİA.AZ-a Gəncədəki qaynaqlar məlumat ötürüb. Mənbəmiz bildirir ki, Surət Hüseynov yaxın tərəfdarlarını başına toplamaqla məşğuldur: В«Maraqlı orasıdır ki, həm Gəncədə və həm də ətraf rayonlarda keçmiş baş nazirin hörməti artıb. Kasıb-kusuba əl tutmaqla yanaşı, həm də hər kəsə sahib çıxır, problemi olanlara dəstək olurВ». Hətta bu günlərdə Surət Hüseynovun Gəncə sakinlərindən birinə qarşı yerli polisi etdiyi ədalətsizlik səbəbindən şəxsən cəzalandırdığını bildirən mənbəmiz onu da vurğuladı ki, yerli icra strukturları, xüsusi olaraq Gəncə şəhər rəhbərliyi Surət Hüseynovun bu şəkildə В«şişirdilməsiВ»ni sadəcə olaraq sükutla seyr etməkdədir. Mənbəmiz bildirir ki, Gəncədə Surət Hüseynovun prezident seçkilərindən sonra yeni vəzifəyə gətiriləcəyi ilə bağlı xəbərlər də yayılıb. Geri qayıt |