Əsas Səhifə > Ölkə, Manşet > RUS KƏŞFİYYATININ BAKIDA NƏ İTİ AZIB?
RUS KƏŞFİYYATININ BAKIDA NƏ İTİ AZIB?14-01-2013, 10:09 |
XARİCİ QÜVVƏLƏR ÖLKƏMİZDƏ FƏALLAŞIBLAR DİA.AZ: - Son günlər ölkənin siyasi gündəmində çox qaranlıq hadisələr baş verməkdədir. Hakimiyyət daxilində gedən oyunlar müxtəlif şəkildə sirayət etdiyindən hələ də əsl gerçəklikləri tam olaraq ortaya çıxarmaq imkansız hala düşüb. Yerli KİV-in isə tərəflər arasında kəskin şəkildə paylaşdırılması da bu imkansızlıq mühitini sanki əbədiləşdirməkdədir. DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən xəbərlərdən aydın olur ki, bu halın uzun müddətə davam etməsi qeyri-mümkün olsa da, amma mövcud şərait eyni zamanda kənar qüvvələrin təxribat xarakterli addımları üçün də münbitləşmiş zəmin yaradır: «Artıq İranın və Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı müəyyən planlarının olduğu haqda xarici mətbuatda davamlı olaraq informasiyalar yayılmaqdadır». Mənbəmiz iddia edir ki, bu günlərdə Kremlin tapşırığı ilə Bakıya məxfi yolla bir neçə kəşfiyyatçı da göndərilib: «Onların hələlik Azərbaycana hansı məqsədlə gəldikləri bəlli deyil. Amma qarşıdan gələn prezident seçkilərinin, həmçinin son olaraq baş verən olayların onların prioritet mövzuları olması da sirr deyil». Onu da qeyd edək ki, bir başqa qaynaqlar rus kəşfiyyatçılarının Bakıya xəbərsiz gəlmədiyini iddia edir və bildirirlər ki, onlar Qəbələ RLS-dən ruslara aid məxfi sənədlərin çıxarılması prosesinə nəzarət edirlər. Geri qayıt |