Əsas Səhifə > Ölkə, Manşet > GÜRCÜLƏRİN AZƏRBAYCANDAKI TURİZM FIRILDAĞI
GÜRCÜLƏRİN AZƏRBAYCANDAKI TURİZM FIRILDAĞI14-01-2013, 09:39 |
MƏŞHUR GÜLƏŞÇİMİZİN QOHUMU DA ALDANIB DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən bəzi turizm şirkətləri fırıldaqçılıqla məşğuldurlar. DİA.AZ bildirir ki, bu barədə qafqazregion.az portalı məlumat yayıb. Daxil olan xəbərə görə, həmin turizm şirkətlərinin biri qalmaqallı işə qol qoyub və məsələnin üstü açılıb. Məlumatda deyilir ki, «Argotour» turizm şirkəti Dağıstan vətəndaşları olan Xanna Olnisova və Zümrüd Ömərovanı aldadıb. Belə ki, Dubaya uçmaq istəyən Ömərovalardan 4 gün bundan əvvəl 3060 manat pul alınıb. Onlara bu günlərdə vəd edilib ki, artıq vizaları və biletləri hazırdır. Lakin bu günlər ərzində onlara nə bilet verilib, nə də vizaları hazırlanmayıb. Artıq 4-cü gündür bu şəkildə aldadılan Ömərovalar «Argotour»dan şikayətçi düşüblər. Məlumatda deyilir ki, zərərçəkənlər DİN-in 102 xidmətinə zəng vuraraq, turizm şirkətindən şikayət ediblər. Bu zəngdən dərhal sonra 22-ci Polis Bölməsinin əməkdaşları Nizami küçəsi 135 ünvanında yerləşən «Argotour» turizm şirkətinə gəliblər. Polis əməkdaşları bildirib ki, bu qeyd olunan şirkətlə bağlı ilk şikayət deyil. Hələ ötən ilin sentyabrında da analoji şikayət daxil olub. Bununla bağlı hal hazırda araşdırma aparılır. Qeyd edək ki, «Argotour» turizm şirkətinin rəhbəri Gürcüstan vətəndaşı olan Quliko Tsersvadzedir. Şirkətin aldatmağa çalışdığı Xanna Aliomarova isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Əli Ömərovun qaynanasıdır. Zümrüd Ömərova isə Əli Ömərovun həyat yoldaşıdır. P.S. Əməkdaşımız hadisə yerində olan zaman zərərçəkmişlərdən biri, Vergi Xidməti əməkdaşının uniformasında olan başqa bir xanım da bildirdi ki, 20 gün bundan əvvəl o da şirkətə 2000 manat pul verib. Ki, şirkətin göstərdiyi xidmət sayəsində xarici ölkəyə gedə bilsin. Lakin bu günə qədər nə pulu, nə də sənədləri geri qaytarılır. Xanımın son sözü oldu ki, işlədiyi orqandan rəsmi icazə alsa da, indiyə qədər xaricə uça bilməyib və pis vəziyyətdə qalıb. Geri qayıt |