Əsas Səhifə > Siyasət, Manşet > QUBADA FEVRALDAN VƏZİYYYƏT YENƏ GƏRGİNLƏŞƏCƏK
QUBADA FEVRALDAN VƏZİYYYƏT YENƏ GƏRGİNLƏŞƏCƏK14-01-2013, 09:06 |
BU DƏFƏ NARAZI VƏTƏNDAŞLAR DEPUTAT VAHİD ƏHMƏDOVU HƏDƏFƏ ALIB DİA.AZ: - Keçən il Qubada baş verən 1 Mart olaylarının tüstüsü hələ xeyli müddət çəkilməyəcək. Ən azından o səbəbə görə ki, bu işlərdə müxtəlif maraqlı qüvvələr var və hətta məhkəmə istintaqının başa çatması belə əsl gerçəklikləri ortaya çıxarmadı. Onu da xatırladaq ki, keçən həftə qubalı deputat Vahid Əhmədov mətbuata açıqlama verərək əsas günahkarın devrilmiş icra başçısı Rauf Həbibov olduğunu və onun məsuliyyətə cəlb olunmasının vacib olduğunu qeyd etdi. Hər halda, Vahid Əhmədovun durub-dururkən bu formada sərt bir açıqlama ilə çıxış etməsi heç də səbəbsiz deyil. Bu barədə zaman-zaman yazaraq məlumat vermişdik. İki şəxs arasında xeyli müddətdir ki, rəqabət var və bu rəqabət düşmənçilik həddinə qədər yüksəlib. 1 mart hadisələri zamanı əlinə düşən fürsəti fövtə verməyən Vahid Əhmədov əzəli düşməninə həlledici zərbəni vurmağa müvəffəq oldu. Təsadüfi deyil ki, DİA.AZ-a bu barədə danışan mənbələr hətta Vahid Əhmədovun adını Quba hadisələrinin təşkilatçılarından biri kimi də hallandırırlar. Hətta mənbəmiz iddia edir ki, Rauf Həbibovun evinin yandırılması ideyasını bir gün əvvəl məhz Vahid Əhmədovun adamları planldaşdırıbmış. Təbii ki, bütün bu ittihamların hansı dərəcədə həqiqət olub-olmadığını aydınlaşdırmaq ədalətli istintaqçıların işidir. Məlumatlı mənbələrin DİA.AZ-a söylədiklərindən isə belə aydın olur ki, bu gün Vahid Əhmədovun Rauf Həbibovun üzərinə yeriməsi təsadüfi deyil: «Vahid Əhmədov özünü sığortalamaq istəyir. Bu gün bu adam Qubaya rahat gedə bilmir. Yanında mütləq hansısa idmançı olmalıdır. Bir dəfə də ona hücum etmək istəyiblər. Yəni qubalılar onlara «kimsə həbs olunmayacaq» vədini verən Vahid Əhmədovu dinc buraxmayacaqlar. O isə özünü hədəf olmaqdan qurtarmaq üçün yenidən Rauf Həbibovun adını gündəmə gətirir. Amma alınmayacaq. Çünki hər kəs yaxşı bilir ki, Rauf Həbibov həbs olunanlardan heç istintaqa şikayət ərizəsi də yazmayıb. Cinayət işi keçmiş icra başçısının şikayətçi düşməsi əsasında yox, baş vermiş olayla əlaqədar açılıb. Bunların fərqi var və bu səbəbdən Vakhid Əhmədovun yenidən Rauf Həbibov adını ictimailəşdirməsi gözlədiyi effekti verməyəcək». Mənbəmiz onu da bildirdi ki, proseslər tam yekunlaşandan sonra, təxminən bu ilin fevral aylarından etibarən Vahid Əhmədova qarşı Qubada böyük bir kampaniya başlayacaq: «İlk hədəf onun mandatının əlindən alınmasıdır. Sonradan isə onun hətta həbsi tələbi də qoyulacaq. Çünki qubalılar məhz keçmiş icra başçısının evinin yandırılması səbəbindən işgəncələrə məruz qalıblar. Bu işin təşkilatçısı isə bu gün hamıya meydan oxuyur». Geri qayıt |