Əsas Səhifə > Gündəm, Manşet > CEYHUN QUBADOVUN QATİLİ KİMİN ARXASINDA GİZLƏNİR
CEYHUN QUBADOVUN QATİLİ KİMİN ARXASINDA GİZLƏNİR14-01-2013, 08:11 |
VAQİF AXUNDOV ÇƏTİRİ DƏLİNSƏ, VÜSAL BABAYEVİN QOLLARI QANDALLANAR DİA.AZ: - Daşkəsəndəki hərbi hissələrin birində dünyasını dəyişən əsgərimiz Ceyhun Zaman oğlu Qubadovun nəşi üzərində qurulan siyasi oyunlar elə qızışıb ki, artıq bu məsələdə gerçək suçlunun kimliyi ilə bağlı həqiqətlərin ortaya çıxmasına kimsə maraq göstərmir. Əsas hədəf kimi seçilən müdafiə naziri Səfər Əbiyevə qarşı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şövqlə yürüməsi fonunda hətta əsas günahkarlardan biri kimi diqqətə gələn mərhum əsgərimizin komandanı - Şəmkir korpusunun komandiri Rövşən Əkbərovun az qala günahını etiraf edən açıqlamaları belə məsələni mahiyyətindən yayındıra bilmədi. Bu isə o demək idi ki, baş verən hadisədə daha çox siyasi maraqlar güdüldüyündən gerçəyin ortaya çıxarılması kifayət qədər çətin olacaq. Bunu həm də mərhum əsgərimiz Ceyhun Qubadovu hərbi xidmətə göndərə Abşeron rayon hərbi komissarının kimliyi də ortaya çıxarmaqdadır. Bu gün faktlar da təsdiqləyir ki, Ceyhun Qubadov əslində hərbi ximətə yararsız olub. Onda ürək çatışmamazlığının olmasını nəzərə almayan Abşeron rayon hərbi komissarlığı bu haqda rəy belə vermədiyindən onu dağlıq ərazidə hərbi xidmətə göndəriblər. Halbuki Ceyhun Qubadov kimi əsgərləri orduda saxlamırlar. Amma maləsəf, bura Azərbaycandır və bu Azərbaycanda pulu olmayan xəstə çağırışçılar belə pulu sağlamların əvəzindən hərbi xidmətə göndərilirlər. DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, baş vermiş faciə ilə əlaqədar aparılan ilkin istintaq hərəkətləri zamanı da Ceyhun Qubadovun məhz ürək çatışmamazlığından dünyasını dəyişdiyi sübuta yetirilib. Qeyd edək ki, əsgərimizin döyülərək öldürülməsi faktı ilkindən inkar olunub. Hətta onu döysələr belə, mərhum əsgərimizin sifətinə aldığı yumruq və yaxud da təpik zərbələrindən keçinmədiyi faktdır. Fakt həm də odur ki, Ceyhun Qubadov hərbi xidmətə yararlı deyildi. Amma bu həqiqətin ictimaiyyətdən gizli saxlanılacağı indidən aydındır. Çünki bu həqiqətin indidən ört-basdır edilməsinə şahidlik etməkdəyik. Diqqət yetirin, əsgərimizin ölümünü bu həddə şişirdirlər, amma kimsə onun hansı hərbi komissarlıqdaq yola salınmasına, onun səhhəti baxımından əsgərliyə uycun olub-olmamasına diqqət yetirmir. Bu isə birmənalı olaraq baş verənlərin bəlli bir nöqtədən məqsədli şəkildə idarə olunmasının sübutu kimi qəbul olunmalıdır. Mənbəmiz bildirir ki, əslində Ceyhun Qubadova görə ilk olaraq cavab verməli şəxs məhz Abşeron rayonunun hərbi komissarıdır: «Kimdir bu adam? Dəfələrlə onun adı xəstə çağırışçıların hərbi xidmətə qanunsuz olaraq göndərilməsi yönündə çəkilsə də, kimsə Vüsal Babayev adlı bu şəxsə «gözün üstündə qaşın var» deyə bilmir. Doğrudur, bu barədə mətbuatda yazılar yazılsa da, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun doğmaca bacısı oğlu olan Vüsal Babayevə kimsə, hətta hərbi komissarlıqların yeni üst qurumuna rəhbərlik edən Arzu Rəhimovun özü belə bu adamın əlində aciz qalıb». Onu da xatırladaq ki, zaman-zaman Vüsal Babayevin adı qalmaqallı əsgər ölümlərində hallanıb. Məsələn, keçən ilin fevral ayının 10-da 1993-cü il təvəllüdlü əsgər İsmayıl Novruzov fevralın 10-da Müdafiə Nazirliyinin hərbi hospitalında xəstəlikdən dünyasını dəyişdi. Qeyd edək ki, İsmayıl Novruzov keçən ilin yanvarında Abşeron Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərin hansı xəstəlikdən ölməsi barədə məlumat verilməsə də onun Vüsal Babayevin hərbi komissarlığı tərəfindən hərbi xidmətə «sağlam» adı altında yola saldığı, əslində İsmayıl Novruzovda əvvəldən xəstəliyin olması tam olaraq təsdiqləndi. Bu barədə Müdafiə Nazirliyinin susması isə təbii ki, general Vaqif Axundovun nüfuz dairəsinin təzahürü kimi qəbul olundu. Məhz buk imi nədənlər Vüsal Babayevin durdurulmasını önləməkdədir. O isə oğullarımızı bir-birinin ardından açıq ölümə yollayır. Hər halda, həkim nəzarəti altında olmalı olan gənclərimizi bu gün çətinliklərlə dolu hərbi xidmətə göndərilməsinin başqa bir izahı və təqdimatı ola bilməz. Təbii ki, bu məsələdə Vüsal Babayev öz suçunu kifayət qədər dərk edir. Belə olmasaydı, o, Ceyhun Qubadovun yas mərasiminə təkbaşına getməyə cəsarət edərdi. Mənbəmiz bildirir ki, hətta bu qədər də cəsarəti olmayan Vüsal Babayev təziyyə mərasiminə YAP-çı deputat Aydın Mirzəzadə ilə gedib ki, bu yolla da o, mərhum əsgərimijzin yaxınlarının gözlənilən hücumlarından qorunmaq istəyib. Hətta mənbəmiz bildirir ki, Vüsal Babayev yas mərasiminə mülki formada gedib ki, əlavə olaraq diqqətləri cəlb etməsin. Bəli, bu gün hər kəs Ceyhun Qubadovun qatilini axtarır. Amma qatilin kimliyi hamıya məlumdur. Burada nə siyasətə, nə də hansısa əlahiddə canfəşanlığa ehtiyac yoxdur. Sadəcə olaraq, Vaqif Axundovun yaratdığı çətirin dəlinməsi yetərlidir… Geri qayıt |