Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAN QOVULUR

RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAN QOVULUR


11-01-2013, 15:53
RÖVNƏQ ABDULLAYEV GÜRCÜSTANDAN QOVULUR
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Dövlət Neft Şirkətinin Gürcüstan uzantısı olan В«Socar GeorgiaВ» ilə bağlı problemlər hələ də qalıb. Belə ki, gürcü mətbuatı şirkətə qarşı 26 milyon lari - 13 milyon dollar həcmindəki vergidən yayınma ittihamının qüvvədə qaldığını xəbərləməklə yanaşı, həmçinin şirkətin ofisində axtarışın aparıldığını da qeyd etmişdi.

İndi isə DİA.AZ-a bu istiqamətdən yeni məlumatlar daxil olub. Gürcüstanda yaşayan soydaşlarımızdan birinin verdiyi xəbərə görə, artıq В«Socar GeorgiaВ»nın ofisində yır-yığış ab-havası hökm sürməkdədir: В«Hələlik heç bir məlumat vermirlər. Amma ola bilsin ki, şirkətin fəaliyyəti Gürcüstan ərazisində tamamilə qadağan edilsinВ».

Onu da xatırladaq ki, dekabrın sonlarında yeni gürcü hökumətinin başçısı Bidzina İvanaşvili Bakıya gəlmişdi və o, В«SOCARВ»ın Gürcüstandakı fəaliyyəti və həmçinin BTS və BTQ layihələrinin gələcəyi ilə bağlı müzakirələr aparmışdı. Rəsmi qaynaqlar iddia edirdi ki, İvanaşvili Bakıdan razı gedib.

Amma indi aydın olur ki, yeni gürcü hökuməti şhələ də rəsmi Bakı ilə anlaşmayıb. Və hətta məsələ В«Socar GeorgiaВ»nın fəaliyyətini dayandırması həddinə qədər gərginləşib. Gürcüstandan verilən xəbərdə o da qeyd olunur ki, şirkətin lisenziyasının rəsmi Tiflis tərəfindən ləğv edilməsi də gözlənilir.

Geri qayıt