Əsas Səhifə > Hadisə, Manşet > İRAN AYAZ MÜTƏLLİBOVA «QARMAQ ATIB»

İRAN AYAZ MÜTƏLLİBOVA «QARMAQ ATIB»


17-11-2011, 14:20
İRAN AYAZ MÜTƏLLİBOVA «QARMAQ ATIB»

KEÇMİŞ PREZİDENTİN DÖNÜŞÜ AZƏRBAYCANA NƏLƏRİ VƏD EDİR?

DİA.AZ: - Azərbaycanın Milli Məclisi eks-prezidentlər haqqında qanun layihəsini artıq üçüncü dəfə səsvermədən keçirdilər. Qanuna uyğun olaraq 6 aylıq müddətdən sonra yenidən sözügedən qanun layihəsinə qayıdılacaq və bununla da sabiq dövlət başçıları ilə bağlı qanun qüvvəyə minmiş olacaq. Bu isə o deməkdir ki, sabiqlərin ailə üzvləri və sağ qalan yeganə keçmiş prezident Ayaz Mütəllibov yeni qanundan yararlana biləcək.

Xatırladaq ki, qanuna uyğun olaraq keçmiş prezidentlərə qoruma, xidməti maşın, prezidentin maaşının əlii faizi qədərində pensiya və ev verilməsi nəzərdə tutulur. Bu qanundan isə hər üç sabiq dövlət başçısının və yaxınlarının yararlanacağı bildirilir.

Təbii ki, burada əsas diqqətçəkən məqam hazırda Rusiyada siyasi mühacir həyatı yaşayan və bir müddət əvvəl oğlunun yas mərasimində iştirak üçün Bakıya gəlmə fürsəti əldə etmiş ölkəmizin birinci prezidenti Ayaz Mütəllibovla bağlıdır.

Bəri başdan xatırladaq ki, Ayaz Mütəllibov mətbuata verdiyi açıqlamasında «mən gözləyirəm ki, mənə desinlər, daha dönə bilərsən» şəklində açıqlama da verib. Yəni Mütəllibov problemsiz qaydada vətənə dönə biləcəyi günü gözləyir.

Onu da bildirək ki, hələ də kifayət qədər nüfuzu olan Ayaz Mütəllibovla bağlı elə bu məsələlərin ilk günlərində çox ilginc məlumatlar yayılmağa başladı. Məsələn, həmin məlumatların birində vurğulanırdı ki, keçmiş prezident yenidən siyasi fəaliyyətlə məşğul olacaq.

Əslində burada qeyri-adi heç nə yoxdur. Hər halda əksəriyyət Ayaz Mütəllibov adının eyni zamanda bir siyasi ünvan olduğunu etiraf edir. Həm də etiraf olunur ki, bu gün də Şirvan camaatı arasında bir lider kimi görünən Ayaz Mütəllibov YAP iqtidarının gəlişindən sonra bir siyasi zümrə statusunu itirən Şirvan elektoratının yenidən fəallaşmasına nədən ola bilər.

Məhz bu faktorun hər zaman hakimiyyət tərəfindən ciddi problem kimi qarşılandığı da söylənilir. Elə buna görə də qeyri-rəsmi qaynaqlar ida edir ki, dönüşünə şərait yaradılan keçmiş prezident qarşısında rəsmi Bakının müəyyən şərtləri ola bilər. Ki, bu şərtlərin də başında siyasi fəaliyyətin qadağan edilməsi dayanır. Hər halda, belə bir qadağanın qeyri-rəsmi xarakter daşıyacağı indidən məlumdur. Amma Mütəllibovun bu ərtə «hə» deməsi də daha çox ehtimal olunanıdır. Ünki bunun qarşılığı olaraq onun barəsində qüvvədə olaraq cinayət təqibi də aradan qalxmış olacaq. Odur ki, nəyin bahasına olursa-olsun vətənə dönmək hədəfini müəyyən etmiş Mütəllibovun burada seçim şansı sıfıra bərabərdir.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.site) bilgiləndirən hakimiyyət içindəki məlumatlı çevrələrin xəbərlərindən də aydın olur ki, artıq belə bir anlaşma əldə olunub: «Bu məsələ Ayaz Mütəllibov oğlu Azad Mütəllibovun yas mərasimində iştirak üçün Bakıda olarkən həlini tapıb. Mütəllibovla görüşən rəsmi Bakının elçiləri ona öz şərtlərini söyləyiblər, o da razılıq verib».

Mənbə bildirir ki, təxminən gələn ilin may ayının sonlarına yaxın Mütəllibovun gəlişinə şərait yaradılacaq. Amma bu vaxta qədər çox ciddi addımlar atılmalıdır: «Təbii ki, Mütəllibov hansı razılaşmaya necə cavab verməsindən asılı olmayaraq bir siyasi ünvan olması səbəbindən hər zaman üzərində xüsusi diqqəti daşıyacaq. Cəmiyyətlə, yerli hakimiyyətlə yanaşı, eləcə də kənar qüvvələr Mütəllibov kartından gen-bol yararlana bilərlər. Ki, bu əsnada da xüsusi olaraq diqqətçəkəni təbii ki, İran rejimidir».

Mötəbər mənbənin iddalarına görə, İrandakı siyasi hakimiyyətin Azərbaycan iqidarı ilə münasibətlərinin kəskin dərəcədə pis olması da zəmin yaradır ki, fars-molla rejimi Mütəllibovu qarmağına keçirməyə cəhdlər etsin. Hətta qeyri-rəsmi qaynaqların verdiyi xəbərdə bildirilir ki, artıq İranın xüsusi xidmət orqanlarının əəkdaşları Moskvada Ayaz Mütəllibovla görüşərək bu mövzuda söhbət də ediblər: «Keçmiş prezidentə hər cür dəstək vəd olunub və bildirilib ki, Bakıdakı İranmeyilli qüvvələr istənilən hərəkət anında onun çevrəsində birləşə bilərlər. Mütəllibova təxminən 200 minlik eloktorat vəd edilib».

Hər halda, bu kimi xəbərlərin özləri belə Mütəllibovun Azərbaycana yenidən dönüşü barədə ortaya çox sirli məqamları çıxarmış olur. Ən azından bir əndişə var ki, bu əndişə daha çox hakim düşərgəyə sirayət etməlidir. Çünki söhbət Azərbaycanda yenidən Rusiya-İran təmayüllü siyasi kursun güclənməsindən gedir.


Geri qayıt