Əsas Səhifə > Hadisə > HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN MEMARI MƏHKƏMƏYƏ ÜZ TUTDU
HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN MEMARI MƏHKƏMƏYƏ ÜZ TUTDU11-01-2013, 11:33 |
ÇİNLİLƏRİN ƏLİNDƏN Son 20 ildə Çin xalq respublikasının ayrı-ayır şəhər və əyalətlərində dünyanın məşhur tarixi memarlıq incilərinin qanunsuz “klonları”n sayı ağılasığmaz sürətlə artıb. Belə binaların inşası, hətta bəzən bütov plagiat rayonların salınması həqiqi layihə müəlliflərindən və ya sahib ölkənin hökümətindən icazəsiz həyata keçirilir. Artıq Çində ucaldılmış (qalmaqallı) “klonlar” sırasında Eyfel Qülləsini, Tauer körpüsünü, və bütünlükdə Avstriya şəhərini misal göstərmək olar. Ancaq heç də bütün memarlar Çinin bu təkrarçılıq ənənəsini cavabsız qoymaq fikrində deyil. Bakıda Heydər Əliyev Mərkəzinin dizaynını vermiş tanınmış Britaniyalı memar Zaha Hədid, artıq Çinin “pirat-memarlarına” qarşı məhkəmə iddiası açmağa hazırlaşır. Belə ki, onun Pekin şəhəri üçün xüsusi olaraq yaratdığı Vanqyinq Soho kompleksinin layihəsi, surəti çıxarılaraq daha bir Çin şəhərində bu dəfə Çunsizndə təkrarlanıb. Əslən iraqlı memar Hədid, ilk əvvəl binanın Çunsizndə tikilməsinə etiraz etməyib. Ancaq çinlilərin onun “beyin məhsulu"nu tam şəkildə klonlaşdırdığı məlum olandan sonra, xanım Hədid, çinli həmkarlarından dərhal layihəni dəyişməyi, ictimai şəkildə üzrxahlıq etməyi və ona təzmina ödənilməsini tələb edib. Halbuki Çinlilər klonun tikintisini davam etməyə israrlı görünür. Belə ki, inşaat tərəfinin iddiasına görə, ideya oğruluğu təsadüfi olub və onlar binaya dizayn verən zaman yerli Yansı çayının qəmbər daşlarından ilhamlanıblar. Ekspertlər hesab edir ki, Britaniyalının məhkəmə davasını udma və kompensasiya əldə etmə şansı kifayət qədər realdır. Bununla belə, memarın binanın söküntüsünə nail ola bilməyəcəyi ehtimal edilir. Geri qayıt |