Əsas Səhifə > Ölkə, Manşet > DƏHŞƏT: MEHDİYEV VİDEOQALMAQALI NECƏ UNUTDURUR?

DƏHŞƏT: MEHDİYEV VİDEOQALMAQALI NECƏ UNUTDURUR?


11-01-2013, 11:00
DƏHŞƏT: MEHDİYEV VİDEOQALMAQALI NECƏ UNUTDURUR?
PA-DAN SABAHKI AKSİYAYA DƏSTƏK GƏLDİ

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli videoçəkilişlərdən sonra nokaut vəziyyətinə düşən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlinə yaralarını saryıa bilməsi üçün gözəl bir zamanlama fürsəti düşüb. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr xəbər verib.

Məlumatda deyilir ki, Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissələrin birində baş vermiş əsgər ölümü faktı ilə əlaqədar bir sıra ictimai təşkilatların sabahkı tarixə etiraz aksiyası təşkil etmələri PA şefinin işinə yarayıb. Mənbəmizin söylədikləri: «Ramiz Mehdiyev neçə müddətdir ki, Müdafəi Nazirliyinin rəhbərliyinə qarşı kampaniya aparır. Elə Vahid Əliyevin timsalında orduda guya ki, təftiş işlərinin həyata keçirilməsi də bu məqsədi daşıyırdı. Amma sonradan Vahid Əliyev də məhz MN rəhbərliyinin maraqlarına uyğun bir hesabatı açıqlamalı oldu ki, bununla da Mehdiyevin bütün planları fiaskoya uğradı. Amma buna baxmayaraq PA şefinin mətbuatında ordudakı neqativ halların xüsusi şəkildə qabardılması halları daha da intensivləşdi».

İndiyi durumda isə Ramiz Mehdiyevin gündəmin dəyişdirilməsində bir nömrəli fiqur olduğunu bildirən mənbəmiz əlavə olaraq vurğulayır ki, Elşad Abdullayevin səs-küylü video çəkilişlərini cəmiyyətin sakit şəkildə, sanki Braziliya seriallarını izləyirmiş kimi müşahidə etməsinə rəğmən, əsgər ölümü faktına bunca hövsələsiz yanaşması da kifayət qədər şübhəli məqamlardan xəbər verməkdədir:

«Yenə də işin içində məhz PA rəhbərliyinin barmağının olduğu tam olaraq ortaya çıxır. Hətta bu zaman ümumiqtidar maraqlarının belə təhlükə altına atılmasının özünün belə Ramiz Mehdiyev üçün heç bir önəm daşımadığı nəzərə çarpır. Yəni PA şefi nəyin bahasına olursa-olsun bu gün prosesləri nəzarətinə almalıdır. Yəni sabah nə olacaq - artıq maraqlı deyil».

Mənbəmiz bildirir ki, hətta sabahkı aksiyanın daha da kütləvi olması üçün PA rəhbərliyi xüsusi emissarlarına hərəkətə keçmə göstərişini də verib: «Acınacaqlı olanı isə odur ki, bəzi müxalifət qüvvələri də bu məsələdə Ramiz Mehdiyevin əlinə oynayırlar»

Geri qayıt