Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNƏ NEHRƏMLİLƏRDƏN YENƏ HƏDƏ GƏLDİ
FHN ŞEFİNƏ NEHRƏMLİLƏRDƏN YENƏ HƏDƏ GƏLDİ11-01-2013, 09:32 |
«KƏMALƏDDİN HEYDƏROV DOĞMA OĞLUNA DA YAXŞILIQ YOX, PİSLİK EDİR» DİA.AZ: - Bir müddət əvvəl nehrəmlilərlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun probleminin çıxması barədə məlumat vermişdik. Xəbərlərdən aydın olurdu ki, nazirin qardaşı Səməd Heydərovun öz bağ evində işlətdiyi iki nehrəmli fəhləni aşağılayıb döyməsi, sonradan böyük səs-küyə səbəb olmuş və hətta işə FHN şefinin özü də qarışmaq zorunda qalmışdı. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində Nehrəmdən olan tanınmış simalarla Kəmaləddin Heydərovun çəkişməsi hələ bitməyib və hətta FHN şefinin gömrükdə bir neçə nehrəmliyə yüksək vəzifə verməsi də münasibətlərdəki gərginliyin şiddətini azaltmağa müvəffəq olmayıb. Bu barədə redaksiyamızı məlumatlandıran və əslən Nehrəm kəndindən olan iş adamlarından birinin söylədikləri: «Bizimlə Kəmaləddin Heydərovun davası qiyamətə qədər qalacaq. Bu az qala şərəf məsələsidir. Zamanı gələcək onun cəzasını verəcəyik. Bu gün yalandan Kəmaləddin Heydərovu xeyirxah adam kimi tanıtdırmağa çalışırlar. Amma nahaq yerə. Onun özü kimi qəddar bir insan yoxdur və Kəmaləddin Heydərov çox günahlar edib». Nehrəmli iş adamı onu da bildirdi ki, onların əllərində Kəmaləddin Heydərova qarşı dəlil-sübutlu faktlar var: «Amma biz ədalətli bir vaxtı gözləyirik. Kəmaləddin Heydərov Azərbaycandan oğurladığı pulları oğlunun xətti ilə Londona, Şotlandiyaya daşıyır. Amma bilsin ki, həmin pulları eyni şəkildə Azərbaycana qaytarılacaq. Oğluna isə bu yolla yaxşılıq yox, pislik edir». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |