Əsas Səhifə > Hadisə > GÖYÇAYDA GÜCLÜ PARTLAYIŞ
GÖYÇAYDA GÜCLÜ PARTLAYIŞ11-01-2013, 09:09 |
Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçaydan keçən hissəsində cox güclü partlayış baş verib. APA-nın yerli bürosunun məlumatına görə partlayış bu gün səhər 07:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaradıb. Bunun üçün də alovun qarşısının alınmasında çətinlik yaranıb. Dağlıq ərazidə alov 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib. Hazırda yanğın davam edir. Borudakı qazın yanaraq sönməsi və sonra kəmərdə təmir-bərpa işlərinə başlanılması gözlənilir. Geri qayıt |