Əsas Səhifə > Siyasət, Manşet > AZTV-NİN DEPUTAT RƏHBƏRİNDƏN BİABIRÇI ADDIM

AZTV-NİN DEPUTAT RƏHBƏRİNDƏN BİABIRÇI ADDIM


11-01-2013, 08:39
AZTV-NİN DEPUTAT RƏHBƏRİNDƏN BİABIRÇI ADDIM
HAMI YAS YERİNƏ GEDƏNDƏ ARİF ALIŞANOV KEF MƏCLİSİ TƏŞKİL EDİBMİŞ

DİA.AZ: - Məlum olduğu kimi, Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə Azərbaycan ordusunun əsgəri faciəli şəkildə həlak olub. Onu da bildirək ki, artıq bu olayla əlaqədar ölkənin bütün siyasi düşərgələri öz mövqelərini sərt formada ifadə ediblər. Elə hakim Yeni Azərbaycan Partiyası da dünən xüsusi açıqlama ilə çıxış edib və eyni zamanda YAP-çı deputat Aydın Mirzəzadə mərhum əsgərimizin yas mərasiminə qatılaraq, onun ailə üzvlərinə başsağlığı verib.

Onu da bildirək ki, həmin yas mərasiminə bir sıra rəsmi şəxslər və deputatlar qatılsa da, nədənsə mərhumun yaşadığı rayonun - Abşeronun deputatlarından kimsə orada olmayıb.

DİA.AZ-a bu barədə danışan mənbə isə bildirir ki, Abşeronun deputatlarından olan AzTV rəhbəri Arif Alışanov belə bir yas mərasiminin keçirildiyi vaxt teleqüllədə - restoranda özünə kef məclisi qurubmuş.

AZTV-NİN DEPUTAT RƏHBƏRİNDƏN BİABIRÇI ADDIM
Mənbəmiz bildirir ki, axşam saatlarına qədər teleqüllədəki restoranda əylənən Arif Alışanov da çox güman son günlərin əsl həqiqətəni anlayır ki, onsuz da deputat seçilə bilməsi üçün xalqın səsi yox, ona pulunun qalınlığı daha lazımlıdır. Maşallah olsun, Arif müəllimdə də pul problem deyil… hər halda, teleqüllənin bir günlük «rasxodu» kifayət qədər böyük məbləğdir…

Bildirək ki, Arif Alışanov 45 saylı Abşeron seçki dairəsinin deputatıdır.

Geri qayıt