Əsas Səhifə > Gündəm, Manşet > ƏSGƏR ÖLÜMÜ FAKTI GENERALIN QƏLƏMİNİ QIRDI
ƏSGƏR ÖLÜMÜ FAKTI GENERALIN QƏLƏMİNİ QIRDI11-01-2013, 08:26 |
DAŞKƏSƏNDƏKİ FACİƏVİ OLAYLA ƏLAQƏDAR RÖVŞƏN ƏKBƏROV DİNDİRLƏCƏK DİA.AZ: - Redaksiyamıza Daşkəsəndə «N» saylı hərbi hissədə yaşanan əsgər ölümü faktı ilə bağlı ilginc məlumatlar daxil olub. Xatırladaq ki, cəsədinin üzərində zorakılıq əlamətləri olan Ceyhun Zaman oğlu Qubadov Şəmkir korpusunun əsgəri olub və bu hadisə ilə əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb. DİA.AZ-a bu barədə danışan qaynaq iddia edir ki, açılmış cinayət işi ilə əlaqədar müstəntiqlər tərəfindən hərbi hissənin komandiri və daha bir neçə rütbəlisi artıq dindirilib. Mənbəmiz bildirdi ki, hərbi prokuroruluğun müstəntiqləri eyni zamanda işlə əlaqədar Şəmkir hərbi birləşməsinin komandanı general Rövşən Əkbərovu da dindirməyə hazırlaşırlar. Mənbəmizin söylədikləri: «Rövşən Əkbərovun general rütbəsi daşıması bu addımın atılması üçün xüsusi icazənin verildiyini də təsdiqləyir. Yəni bu o deməkdir ki, artıq «yuxarılar» da məhz iqtidardaxili qruplaşmalar arasında gedən oyunlar nəticəsində bu vəzifəyə gətirilmiş Rövşən Əkbərovun qələmini qırıblar». Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Geri qayıt |