Əsas Səhifə > Güney Press / Manşet > ƏSGƏR ÖLÜMÜ AJİOTAJININ ŞOK PƏRDƏARXASI

ƏSGƏR ÖLÜMÜ AJİOTAJININ ŞOK PƏRDƏARXASI


10-01-2013, 14:04
ƏSGƏR ÖLÜMÜ AJİOTAJININ ŞOK PƏRDƏARXASI
YENƏ DƏ BOYLANAN RAMİZ MEHDİYEV OLDU

DİA.AZ: - Məlum olduğu kimi, bu gün ölkənin ən aktual məsələlərindən biri də Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı ilə bağlı yaranmış ajiotajdır. Artıq bu olay səbəbindən etiraz aksiyası qərarı da verilib ki, bu da ictimaiyyətin orduda baş verənlərdən dolayı narahatçılığı kimi təqdim olunmaqdadır.

Onu da bildirək ki, artıq rəsmi mənbələr baş vermiş olay üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılması xəbərini yayıblar. Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb.

Əsgərin anası Samirə xanım isə “Azadlıq” qəzetinə açıqlamasında oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını da qəzetə təqdim ediblər. Həmin fotolarda əsgərin meyitinin üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Təbii ki, bu gün olduqca aktual olan bu mövzu ilə əlaqədar DİA.AZ olaraq müəyyən araşdırmalar apardıq və ortaya ilginc faktlar çıxardıq. İlk başdan hadisənin hansı hərbi hissədə baş verməsinə diqqətləri yönəltmək istərdik. Bəli, yenə də Daşkəsən rayonunda yerləşən hərbi hissə… Buna qədərsə, sözügedən hərbi hissədə əsgər ölümü faktları müşahidə olunmuşdu. Bu hərbi hissənin isə Şəmkir hərbi birləşməsinə aid olduğu da diqqətdən yayınmamalıdır.

Diqqət yetirin, buna qədər də eyni hərbi birləşməyə aid hərbi hissələrdə oxşar neqativ hadisələr yaşanıb, Daşkəsən, Göy-göl hadisələri… Eyni zamanda elə Ceyhun Qudabovun öldüyü gün Qazax rayonunda yerləşən hərbi hissədə baş verən olay… Hər halda burada bir təsadüf də axtarmaq olmaz. Çünki zaman-zaman məhz Şəmkir hərbi birləşməsinə aid hərbi hissələrdə daha çox itki verməyimiz də diqqətlərin bu korpusa yönəldilməsini vacib edir.

Bununla bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan belə aydın olur ki, əslində Müdafiə Naziri Səfər Əbiyev bu gün öz tabeçiliyində olan general Rövşən Əkbərova qarşı hansısa səbəblərdən cəza vermək istəmir və yaxud da onu kimlərsə ciddi şəkildə himayə edirlər. Şəmkir korpsuna MN rəhbərliyinin xəttindən kənar rəhbər gətirilən Rövşən Əkbərov kimi birisinin belə bir etimada layiq görülməsi faktı da kifayət qədər cəlbedicidir. Bu barədə danışan mənbəmiz bildirir ki, burada daha çox hakimiyyətiçi maraqlardan çıxış edilib.

Qeyd edək ki, bu barədə artıq digər mətbu orqanlarda da müəyyən informasiyalar yer alıb və bildirilir ki, daha çox eyş-işrətə başı qarışan Rövşən Əkbərov məhz yuxarıdakı himayədarlarının sayəsində özünə Müdafiə Nazirliyi sistemində əməlli-başlı muxatriyyət qura bilib. Və bunun da nəticəsində ona kimsə В«gözün-üstə qaşın varВ» deyə bilmir. Hətta Səfər Əbiyev də bu gün onun himayədarlarının hədəfinə çevrildiyindən ona qarşı ölçü götürə bilmiri.

Mənbəmiz bildirir ki, əslində bu gün Daşkəsəndə baş verən faciəli olayın bir nömrəli sorumlusu məhz Rövşən Əkbərovdur. Amma məsələni informativ tərəfinə nəzarət edən maraqlı qüvvələr nazirin özünü hədəfyə çeviriblər. Və ən dəşhətlisi isə odur ki, məhz bu cür yollarla Səfər Əbiyevi devirmək istəyənlər elə Rövşən Əkbərovun özünə nazir postunu vəd ediblər. Yəni bu o deməkdir ki, Rövşən Əkbərov öz rəhbərliyi altındakı hərbi hissələrdə məqsədli В«bespredelВ»də birbaşa maraqlıdır. Və həqiqətən də hər şey onun və onu himayə edən qüvvələrin istədiyi xətt üzrə, cızdığı plan istiqamətində inkişaf edir. Yəni hədəfə əslində bütün bu olaylara görə məsul olan bir nömrəli şəxs - Rövşən Əkbərov deyil, Səfər Əbiyev çevrilir və hətta Səfər Əbiyevə qarşı mitinq belə elan olunur.

Onu da bildirək ki, sözügedən istiqamətdə apardığımız araşdırmalar zamanı daha bir utancverici faktla da rastlaşdıq. Möitəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, Rövşən Əkbərov da məqsədli şəkildə hadisələrin bu şəkildə inkişaf etdirilməsi üçün bəzi mətbu orqanlarla təmasa keçib, onlara hadisələrin məhz Səfər Əbiyevin üzərinə yüklənməsinin müqabilində şirnikləndirici vədlər verib.

Hər halda, bu faktın fonunda belə Səfər Əbiyevin məsələnin tam mahiyyətini ortaya çıxara bilməməsi onun mövqeyinin kifayət qədər zəif olmasından xəbər verir. Çünki bu gün Rövşən Əkbərovu himayə edən qüvvələrin özləri belə təhlükə altındadırlar. Söhbət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı video çəkilişlər nəticəsində kifayət qədər küncə sıxışdırılmış Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir.

Mənbəmiz bildirir ki, bu gün orduda baş verən əsgər ölümü faktının şişirdilməsində əgər bir maraq Ramiz Mehdiyevin Səfər Əbiyevə qarşı ənənəvi düşmənçiliyindən doğursa, əsas olan, başlıca maraq isə gündəmin dəyişdirilməsinə hesablanıb. Diqqət yetirin, Elşad Abdullayev çox ciddi faktları açıqlayır və bu faktlar nəinki Ramiz Mehdiyevi, həttta bütünlükdə olaraq hökuməti istefaya göndərə biləcək şiddətdədir, amma bunun qarşılığında bütün ictimai təşkilatlar susur. Yəni hansısa etiraz aksiyasını təşkil etməyi ağlının ucundan belə keçirmir. Amma orduda baş verən bir əsgər ölümü məhz bu məqamda şişirdilir.

Təbii ki, baş versiş hadisə ilə əlaqədar bütün günahkarlar cəzalandırılmalıdır və başdan Rövşən Əkbərov olmaqla hər kəs məsuliyyət yükünü çəkməlidir. Hətta Səfər Əbiyevin özü belə məhz Rövşən Əkbərov kimi yarıtmaz kadra belə bir məsul görəvi həvalə etməsi səbəbindən hədəfə çevrilməlidir. Amma bu o demək deyil ki, kimlərsə məhz Ramiz Mehdiyevin marağına oynayaraq, ona gündəmi dəyişdirmə mövzusunda dəstək verməlidir.

Bu gün ola bilsin ki, Müdafiə Nazirliyinin rəhbərliyi Rövşən Əkbərovla bacarmır. Amma bu, heç də ictimaiyyət üçün maraqlı deyil. İctimaiyyət yalnız birbaşa məsul şəxsin - Rövşən Əkbərovun cəzalandırılacağı təqdirdə susa bilər. Hətta Ramiz Mehdiyevin təşkil etdiyi mitinqlər belə həqiqi etiraz atəşlərini söndürəcək gücə malik deyil…

Geri qayıt