Əsas Səhifə > Hadisə > NAZİRƏ QARŞI SƏRT İFADƏLƏR
NAZİRƏ QARŞI SƏRT İFADƏLƏR10-01-2013, 12:07 |
JURNALİST EKSPERT MƏRKƏZİ SƏFƏR ƏBİYEVƏ SƏSLƏNDİ Ceyhun Musaoğlu: “Hərbi hissələrin qapılarını açın, jurnalistləri də araşdırma aparmaq üçün sərbəst buraxın” DİA.AZ: - “Düşmənlə üz-üzə dayanıb küncə sıxışdırılmış sərhədlərimizi qoruyan Azərbaycan əsgərlərinin bir-birini qətlə yetirməsi hadisələri hər günümüzün həm əvvəlinə hakimdi, həm ortasına, həm də sonuna. Övladları Milli Orduda hərbi xidmət keçən valideynlər səksəkə içində yaşamağa məhkum olublar”. DİA.AZ bildirir ki, bu fikirlər əsgər ölümlərinə səbəb olan halların araşdıırılmasını tələb edən Jurnalist Ekspert Mərkəzinin müdafiə naziri Səfər Əbiyevə ünvanladığı müraciətindəndi. JEM sədri Ceyhun Musaoğlu əməkdaşımızla söhbətində bildirib ki, müharibəsiz bu qədər əsgər itirmək ən dəhşətli faciədir: “Mən 4 il Azərbaycan Ordusunda xidmət keçmişəm. Əsasən də Milli Orduda hansı problemlər olduğunu yaxşı bilirəm. Bizim dövrümüzdə müharibə olduğundan ordudadn təxris edilmək yox idi. Yaşlı admların orduya yeni gələnlərlə bir yerdə qulluq etməsi münasibətlərdə korrekt davranmağa yardımçı olurdu. Artıq uzun illərdir bu balans pozulub. Üç əsgər bir əsgəri, iki zabirt üç əsgəri incidir, onun həyatını zəhərə döndərir. Daha dəhşətli hadisələr də baş verir ki, buna dözmək mümkün deyil. Əsgər ya özünü güllələyir, ya yoldaşını. Çox vaxt da, onu da öldürür, özünü də”. JEM sədri deyir ki, zorakılıq halları nəticəsində ölən əsgərlərin üzərində bu halı təsdiq edən ciddi və danılmaz faktlar olsa da rəsmi qurumlar mərhumun öz əcəlindən öldüyünü deməyə meyillidir: “Biz jurnlaistik, tərəfli çıxış edə bilmərik. Ona görə JEM adından şəxsən Səfər Əbiyevdən xahiş edirk ki, hərbi hissələrin qapılarınə açıb jurnalistləri sərbəst araşdırma aparmağa şərait yaratsın. Bizim məqsədimiz orduya vurulan ləkəni təmizləməkdir. Bir neçə nəfər qudurmiş zabit, yaxud yekəxanalıq edən əsgərə görə büdcədən miyardlarla pul ayrılan ordunu miskin görünüşdə təqdim etmək dözülməzdir”. Ceyhun Musaoğlu onu da bildirib ki, bütün QHT-lər bu problemin həlli üçün bir araya gəlməlidir: “Biz bütün QHT-lərə də müraciət edirik ki, ordudakı dəhşətlərin qarşısını almaq üçün səylərini birləşdirib, konkret addımlar atsınlar”. Geri qayıt |