Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVLƏ YOLA SALINACAQ ƏSAS FİQUR

RAMİZ MEHDİYEVLƏ YOLA SALINACAQ ƏSAS FİQUR


10-01-2013, 09:17
RAMİZ MEHDİYEVLƏ YOLA SALINACAQ ƏSAS FİQUR
KƏMALƏDDİN HEYDƏROV DÜNƏNƏ QƏDƏR USTALIQLA OYNAMAĞI BACARIB

DİA.AZ: - Hər zaman özünün əsl mövqelərini gizlətməyə çalışan və bunu ustalıqla bacaran fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Mötəbər mənbədən sızan informasiyalara görə, FHN şefi əslində mətbuatda təqdim olunduğu kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə hansısa formada rəqabətdə deyil.

Mənbənin söylədikləri: «Əksinə, Kəmaləddin Heydərov bu gün Ramiz Mehdiyevə arxa duran əsas fiqurlardan biridir. Özünüz diqqət yetirin, necə ola bilər ki, Ramiz Mehdiyevin xeyir-duası olmadan Kəmaləddin Heydərov bu qədər böyük imtiyazlar qazansın. Hər halda, Mehdiyev zamanında böyük mövqelərdə olub və sözünün kəsəri olub. Yəni əgər FHN şefi ona qarşı əks qütbdə dayansaydı, heç bir halda ulduzu parlamazdı».

Daha sonra konkret dəlillərə keçən mənbəmiz bildirir ki, bu gün də Kəmaləddin Heydərovla Ramiz Mehdiyev ortaq hərəkət edirlər və bu da Kremlin diqtəsi ilə baş tutan bir sövdələşmədir: «Kəmaləddin Heydərov da Rusiyanın adamıdır və onun Kremlin Bakıdakı bir nömrəli canişini hesab olunan Ramiz Mehdiyevin nəzarətindən kənarda muxtar hüquqları mövcud deyil. Konkret olaraq 2005-ci ildə bu ittifaqın nələrə qadir olduğunu gördük. Onlar birləşərək Qərbin dəstəyilə hərəkət edən keçmiş səhiyyə naziri Əli İnsanovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi məhbəsə göndərdilər. Namiq Abbasovu oyundankənar vəziyyətə saldılar. Yəni hakimiyyət olimpindəki bütün Qərbyönümlü fiqurlar zərərsizləşdirildi».

Kəmaləddin Heydərovun ustalıqla özü barəsində «antimehdiyevçi» obrazını cızdığını bildirən mənbəmiz onu da əlavə etdi ki, əslində bu gün Ramiz Mehdiyevlə bərabər yola salınacaq əsas fiqurlardan biri də məhz odur: «Ola bilsin ki, mətbuatın bundan xəbəri yoxdur. Amma «yuxarıda» nəyin necə olduğunu yaxşı bilirlər».

Geri qayıt