Əsas Səhifə > Güney Press / Manşet > GENERAL HƏRBÇİLƏR ARASINDA NARAZILIQ YARATDI
GENERAL HƏRBÇİLƏR ARASINDA NARAZILIQ YARATDI9-01-2013, 18:23 |
![]() ÇİNGİZ MƏMMƏDOVUN ƏMƏLLƏRİ NAXÇIVANDA ETİRAZLA QARŞILANDI DİA.AZ: - Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini, general Çingiz Məmmədov bir neçə gün bundan əvvəl təxminən 30 nəfərlik heyətlə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri yoxlamağa gedib. Lakin yoxlama prosesi qalıb bir kənarda, komissiya üzvləri В«QələbəВ» restoranında, Duzdağ sanatoriyasının restoranlarında, habelə Nəqşi-Cahan restoranında yeyib-içməklə məşğul olublar. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, buna görə də Naxçıvan Muxtar Respublikasında xidmət edənlər isə öz dərdlərini heç kimə açıb deyə bilməyiblər. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin zabitləri baş verənlərə yaxşı baxmırlar. Söylənilənlərə görə, Çingiz Məmmədov gələcəkdə Kərəm Mustafayevi özünə nazir görür. Bununla belə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da qəbuluna düşə bilməyib. Yeyib-içməklə arası yaxşı olan general bəzən qonaqlıqdan sonra ayağa durub, В«İrəvanda xal qalmadıВ» mahnısını zümzümə edir. Onun oğlu Elçin Məmmədovun isə MN-də qeyri-rəsmi kadr məsələlərinə baxdığı bildirilir. Son məlumatlara görə, Naxçıvanda olan hərbi komissiya üzvləri В«BatabatВ» restoranında da səhərə qədər istirahət edib. Çingiz Məmmədov kəkotu və baldırğan arağından o qədər içib ki, elə bilib Şərurdadır, deyib ki, gedək Araz çayına, bir əlimizi yuyaq. General Şərura doğma yurdu kimi baxır. Ona görə ki, yaxın qohumları da oralıdır. Demək olar ki, İsa Qəmbərlə bacanaq düşür. Kərəm Mustafayevin qulluqçularının dediyinə görə, Çingiz Məmmədov üçün 4 qutu В«Xan arağıВ», 2 qutu baldırğan arağı, 2 qutu kəkotu arağı, 20 kiloqram Nehrəm pendiri, 2 kisə Şərur lavaşı, 30 kiloqram Biləvdə hazırlanmış В«qavırmaВ», Şahbuzdan isə 5 ədəd əmlik quzu, 2 ədəd В«DübürВ», 3 ədəd hinuşka hədiyyə edilib. Bununla bağlı məlumat internet saytlarında yayılıb dərc olunandan sonra Kərəm Mustafayevlə belə qərara gəliblər ki, bu hazırlanmış azuqə karobkalarını sonrakı reyslərin birindən göndərsinlər. Qeyd edək ki, Naxçıvan qarnizonunun rəhbəri, general-leytenant ərəm Mustafayevlə də Çingiz Məmmədovun münasibətləri yaxşıdır. Kərəm Mustafayev deyib ki, içimizdə agent var. Əlbəttə bu qədər azuqə və pay-pürüşün qarşılığında əla qyimət alacağıq da...Arazı o taya keçəcək də... Amma biz demək istəyirik ki, ət məhsulları xarab olacaq. Çingiz, özün gələndə gətirsəydin yaxşı idi. Amma Kərəmdən nazir olmaz. Deyirlər yeyib içəndə gələcək nazirin sağlığına içirmişsən. Bay, arzun ürəyində qalsın. Geri qayıt |