Əsas Səhifə > Güney Press / Manşet > RAYON TƏHSİL İDARƏLƏRİNDƏ TOTAL YOXLAMALAR
RAYON TƏHSİL İDARƏLƏRİNDƏ TOTAL YOXLAMALAR9-01-2013, 14:28 |
![]() DİA.AZ: - Neçə müddətdir ki, rayon təhsil idarələrindəki böhranlı durumla bağlı məlumatlar yayılmaqdadır. DİA.AZ-ın elektron poçtuna ötürülən xəbərlərdən aydın olur ki, nəhayətdə mətbuatın təhsillə bağlı qaldırdığı bu problem, əyalətdə, daha dəqiqi əksər rayonlarda təhsilin bərbadlığı məsələsi rəsmi dairələrin də diqqətini cəlb edə bilib. Məlumatı verən mənbə iddia edir ki, maliyyə nazirliyi, hesablama palatası və təhsil nazirliyinin nümayəndələri tərəfindən ilkin olaraq Qarabağ bölgəsinə aid rayonların yerli təhsil idarələrində total yoxlamalar aparılacaq. Mənbənin söylədikləri: В«Ağdam, Füzuli, Bərdə və Ağcabədi rayonlarının yerli təhsil idarələri ilkin olaraq təftiş olunacaq. Çünki daha çox şikayət məhz sözügedən rayonların təhsil idarələrindəndir. Növbəti etapda isə daha altı rayonun yerli təhsil şöbələri yoxlanılacaq və bu ilin may ayına qədər əksər rayonların qeyd olunan qurumları təftişə uğrayacaqВ». Geri qayıt |