Əsas Səhifə > Hadisə > "MİLYARDERLƏR İTTİFAQI"NIN CAVABI VERİLDİ

"MİLYARDERLƏR İTTİFAQI"NIN CAVABI VERİLDİ


9-01-2013, 10:30
"MİLYARDERLƏR İTTİFAQI"NIN CAVABI VERİLDİ
"QEYDİYYAT VAR, AMMA"...

“Moskvada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) rəsmi qeydiyyatdan keçmiş təşkilatdır”. Bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Analitik-informasiya şöbəsinin müdiri Elşad Miraləm Modern.az-a tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun ittihamlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin üçüncü qurultayında qurumun nizamnaməsinə bəzi dəyişikliklər olunub. Bu sənəddə müəyyən hüquqi problemlər olduğundan yeni nizamnamə qeydiyyatdan keçməyib. Komitə rəsmisi onu da bildirib ki, yeni nizamnamənin qeydiyyatdan keçməməsi ÜAK-ın işinə heç bir problem yaratmayıb və təşkilat əvvəlki nizamnamə ilə işini davam etdirir:

“Prosedur belədir ki, istənilən Qeyri-Hökumət Təşkilatı Rusiya qanunvericiliyinə görə, nizamnaməyə dəyişikliklər haqqında Ədliyyə Nazirliyinə məlumat verir ki, həmin dəyişikliyi qeydiyyata alsınlar. İndi ÜAK-ın nizamnaməsinə edilən dəyişiklikdə müəyyən hüquqi problemlər olduğundan həmin sənəd qeydiyyata alınmayıb. Təşkilat isə əvvəlki nizamnaməsi ilə fəaliyyətini davam etdirir. Dəyişikliklər hələ ki qeydiyyatdan keçməyib”.

Komitə rəsmisinin dediyinə görə, yeni nizamnamədə müəyyən ziddiyyətli məqamlar olduğundan bu sənədə təzə variantda qeydiyyatdan keçməyib. Elşad Miraləm onu da bildirib ki, dekabr ayının sonunda ÜAK-ın toplantısı keçirilib:

“Həmin toplantıda bir çox məsələlər qaldırılıb, o cümlədən də nizamnaməyə dəyişikliklərlə bağlı əvvəlki qurultaydakı təkliflər müzakirə olunub. Yeni təkliflər isə Konqresin növbəti qurultayında müzakirə olunacaq. Yeni nizamnamənin qeydiyyatdan keçməməsi Konqresin fəaliyyətində heç bir problem yaratmayıb. Konqres yeni nizamnamə ilə yox, əvvəlki nizamnamə ilə fəaliyyət göstərir”

Qeyd edək ki, Rusiyada yenicə yaranmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvləri ÜAK-ın rəsmi qeydiyyatının olmaması ilə bağlı ittiham səsləndiriblər.

Geri qayıt