Əsas Səhifə > Cəmiyyət, Manşet > GÜRCÜ VERGİ POLİSİ «SOCAR»DA AXTARIŞ APARDI

GÜRCÜ VERGİ POLİSİ «SOCAR»DA AXTARIŞ APARDI


9-01-2013, 09:53
GÜRCÜ VERGİ POLİSİ «SOCAR»DA AXTARIŞ APARDI
İVANAŞVİLİ BAKIDAN RAZI GETMƏYİBMİŞ

DİA.AZ: - Gürcüstanda hakimiyyəti ələ keçirəndən sonra rəsmi Bakı ilə münasibətləri gərginləşdirən gedişləri ilə diqqətləri cəlb edən Bdzina İvanaşvili yenidən Azərbaycan hakimiyyətinin əsəbləri ilə oynamaqdadır. Bu barədə gürcü mətbuatına istinadən xəbər verən DİA.AZ bildirir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı uzantısı olan «Socar Georgia»ya qarşı qaldırılan cinayət işinin hələ də qüvvədə saxlanılması belə bir qənaəti möhkəmlədir.

Xatırladaq ki, «Gürcü arzusu» koalisiyası qonşu ölkədə hakimiyyətə gələndən sonra Azərbaycanın Gürcüstandakı biznes nöqtələri hədəfə alındı. Daha doğrusu, Rövnəq Abdullayevin Gürcüstan biznesi təhlükə altına düşdü. Hətta «Socar Georgia» 26 milyon lari - 13 milyon ABŞ dolları həcmində vergidən yayınmada da ittiham edilərək, qurumun rəhbərliyi barəsində vergidən külli miqdarda yayınma ittihamı ilə cinayət işi açıldı.

Gürcüstanın vergi polisinin təqiblərindən yaxa qurtarmaq istəyən «Socar Georgia»nın vitse-prezidenti, həmçinin Rövnəq Abdullayevin Gürcüstandakı bir nömrəli adamı hesab olunan Mahir Məmmədov isə Bakıya qaçmalı oldu və yalnız Rövnəq Abdullayev noyabr ayının 11-də Gürcüstana getdikdən sonra onunla bərabər qonşu ölkəyə qayıda bildi. Bununla da vergidən yayınma ittihamı istiqamətində fəaliyyət donduruldu.

Və keçən ilin son günlərində Bakıda olan İvanaşvili ilə artıq problemlərin yoluna qoyulması xəbəri yayıldıqdan sonra, belə bir təəssürat yaranmış oldu ki, artıq «Socar Georgia»ya qarşı olanGÜRCÜ VERGİ POLİSİ «SOCAR»DA AXTARIŞ APARDI
ittihamlar da aradan qaldırılıb. Lakin aydın olur ki, məsələ heç də sadə deyilmiş. Və Bakıdan razı qayıtdığını bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə deyən İvanaşvili heç də razı salınmayıbmış. Əgər əksi olsaydı, o zaman Gürcüstanın vergi polisi yenidən «Socar Georgia»da axtarış aparmazdı.

Gürcü mətbuatının yazdığına görə, həftənin birinci günü «Socar Georgia»nın ofisində olan vergi müfəttişləri bir sıra sənədləri də özləri ilə aparıblar. Bundan sonra isə şirkətin bir neçə rəhbər şəxsinə və həmçinin mühasibinə vergi polisinə gəlmələri üçün rəsmi çağırış vərəqəsi də göndərilib.

Hər halda, İvanaşvili ilə rəsmi Bakının petrol-petrol oyunu uzun çəkəcək. Görünəni budur…

Geri qayıt