Əsas Səhifə > Gündəm, Manşet > SUMQAYITDA BİR AİLƏYƏ ÇİLƏ ÇƏKDİRİRLƏR

SUMQAYITDA BİR AİLƏYƏ ÇİLƏ ÇƏKDİRİRLƏR


8-01-2013, 11:46
SUMQAYITDA BİR AİLƏYƏ ÇİLƏ ÇƏKDİRİRLƏR
MƏMUR ÖZBAŞINALIĞI VƏ QANUN BOŞLUĞU NECƏ ƏDALƏTSİZLİK YARADIB?

DİA.AZ: - Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun laqeydliyi və insanların hüquqlarını qorumaq üçün nəzərdə tutulan dövlət qanunlarının icra olunmaması ucbatından 7 nəfərdən ibarət olan ailə evsiz-eşiksiz qalıb. Bu barədə DİA.AZ-a Sumqayıtdan daxil olan məlumatda deyilir.

Ədliyyə Nazirliyinin yerli icraçıları Ağakişiyev Firuddin Balaqadaş oğlunun evinə gələrək ona və ailə üzvlərinə, yanvar ayının 15-də mənzillərindən cıxarılacağı ilə əlaqədar çıxarılan qərarı təqdim etmişdilər. Ailənin xoşluqla çıxmayacağı təqdirdə isə onların evlərindən zorla çıxardılacaqları bildirilmişdir. Bu səbəbdən Ağakişiyevlər ailəsi 1978-ci ildən qaldıqları Sumqayıt şəhər 10-cu mikrorayon,ev 1,mənzil 72-dən çıxıb kirayəyə ev tutmaq məcburiyyətində qalıblar.

Məsələ orasındadır ki, ailə başçısı hal-hazırda yaşadığı mənzili 1978-ci ildə, uzun illər işlədiyi Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi ) alıbdır və ailə üzvləri artığından onların mənzil sahəsi etdikləri müraciət əsasında artırılmış, ailəyə qaldıqları mənzil dövlətə təhvil verilmək şərtilə 1993 –cü ildə 47-ci məhəllə,ev 13 ,mənzil 22-də 4 otaqlı ev verilmişdir. aLkin mənzilin orderi əlində olan ailə sevincək təzə mənzilə köçmək istədikdə məlum olmuşdur ki,onların halal mənzili Kəlbəcər qaçqınları Muxtarov Zakir Ədil oğlu,Muxtarov Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub.

Buna görə ailə indiyəcən qaldıqları mənzildə yaşadıqları mənzildə yaşamaq məcburiyyətində qalıb. Onlarin qaldıqları evin sahibi Ağakişiyevə qaldırdığı iddianı məhkəmənin bütün mərhələlərində udduğu kimi, Ağakişiyevlər ailəsi də həmçinin onların evindən çıxmaq istəməyən qaçqın ailəyə qarşı qaldırdığı məhkəməni udub və hər iki məhkəmə sakinlərin yaşadıqları mənzillərdən çıxarılması haqda qərar çıxarıb.Ancaq hər iki məhkəmə qərarını icra edəcək icraçılar Ağakişiyevlərə bildirib ki,”biz qaçqını sizin evinizdən çıxara bilmərik, ancaq sizi çıxaracayıq ”Qaçqın ailə isə eks-prezident Heydər Əliyevin qaçqınların yerləşdiyi yerdən onlara mənzil verilməyənəcən çıxarılmamsı haqda heç bir qanuna söykənməyən göstərişini əsas gətirərək qaldığı mənzildən “qaçqınkom” onlara ev ayırmayanacan tutduğu mənzildən heç bir halda çıxmayacağını bildirir.

Bir müddət əvvəl Ağakişiyevlərə mənzillərindən çıxmaq üçün altı ay möhlət verilmişdir,ancaq bu dəfə onlara möhlət verilməmişdir. Lakin Ağakişiyevlər ailəsi böyük insaniyyət,ədalətlilik nümayiş edərək icraçılar gəlməmiş mənzillərini könüllü surətdə boşaltmışlar. Halbuki onlar mənzillərindən çıxmaya da bilərdilər.Buna baxmayaraq hüquqları tapdalanmış ailə məsələni belə qoymaq fikrində deyil və müvafiq qurumlara müraciət etmək fikrindədir.Onlar ümid edir ki,dövlət ən azından öz vətəndaşına yiyə durmalı,onların Konstitusiyada təsbit olunmuş hüquqlarını təmin edərək onları evlə təmin etməli,ya da kompensasiya ödəməlidir. Çünki ailənin gəliri az olduğundan illərlə kirayə pulu vermək ona o qədər də asan olmayacaq. Xatırladaq ki,Sumqayıtda belə düyünlü halda olan 40-dan çox ailə olsa da onların heç biri Ağakişiyevlərin düşdüyü çətin vəziyyətdə deyil.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt